Uşba ekspedisiyası zamanı 29 yaşlı alpinist Nikoloz Paliani həlak
olub – onun ölüm xəbəri ailə üzvləri və dostları tərəfindən
yayılıb.
Bədbəxt hadisə bu gün, 22 may tarixində baş verib.
Fövqəladə Halların İdarəetmə Xidmətinin məlumatına görə, Uşba
dağında piyada hərəkət edən dörd nəfərdən biri hündürlükdən
yıxılıb. Nika Paliani və onu müşayiət edən şəxslərin xilasetmə
əməliyyatında Sərhəd Polisinə məxsus vertolyot iştirak edib.
“Məşəlçi-xilasedicilər tərəfindən, 3600 metr yüksəklikdə keçirilmiş
xilasetmə əməliyyatı çərçivəsində 3 nəfər vertolyota təhlükəsiz
şəkildə yerləşdirilib, vəfat etmiş şəxsin cəsədi isə
tapılıb”, – deyə Fövqəladə Halların İdarəetmə Xidməti
tərəfindən yayılan məlumatda bildirilir.
Beynəlxalq sertifikatlı mestiyalı dağ bələdçisi, təlimatçı və
alpinist Nikoloz Paliani mütəmadi olaraq Svaneti dağlarına və
buzlaqlarına sərgüzəşt turlarının təşkili ilə məşğul olurdu.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415