İsrail səfirliyinin iki əməkdaşı mayın 21-i axşam saatlarında
Vaşinqtonda yerləşən Paytaxt Yəhudi Muzeyində keçirilən tədbirin
yaxınlığında baş vermiş atışmada öldürülüb.
Şübhəli şəxs həbs edilib.
"Reuters" Federal Təhqiqat Bürosu (FBI) və ABŞ Prokurorluq ofisinə
istinadən xəbər verir ki, hadisə nəticəsində bir qadın və bir kişi
öldürülüb.
30-yaşlı Elias Rodriqes olduğu ehtimal edilən şübhəlinin hücum
zamanı "Fələstinə azadlıq!" şüarları səsləndirdiyi bildirilir.
Prezident Donald Tramp atışmanı pisləyib.
"Açıq şəkildə
antisemitizmə əsaslanan bu dəhşətli qətllər İNDİ
bitməlidir!", - o, "Truth Social'da bildirib.
"ABŞ-də nifrət və radikalizmə yer
yoxdur".
İsrail prezidenti İsaak Hersoq və ABŞ dövlət katibi Marko Rubio da
hadisəni pisləyiblər.
İsrailin Vaşinqtondakı səfirliyinin sözçüsü Tal Naim Koen bildirib
ki, səfirliyin iki əməkdaşı muzeydə yəhudilərin tədbirinə
qatılarkən yaxın məsafədən atəşə tutulub.
Hücum İsrailin girovları azad və HƏMAS qruplaşmasını məhv etmək
üçün Qəzza zolağında yeni əməliyyata başlaması fonunda baş
verib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415