Tetyana Tipakova 2022-ci ildə Rusiya ordusu tərəfindən Ukraynanın
işğalına qarşı çıxış etdiyinə görə həbs olunarkən yaşadığı
işgəncələrin xatirələri ilə hələ də əzab çəkir.
Onun sözlərinə görə, aylarla saxlanıldığı kamera cəmi 3 metr
uzunluğunda və onun yarısı qədər enində olub.
"Onlar səni əlləri, ayaqları və müxtəlif əşyalarla
döyürlər", – deyə Tipakova bildirib.
"Məni kitabla və taxta çubuqla
döydülər".
O zaman öz-özünə bir söz vermişdi - nə olursa-olsun,
yıxılmayacaqdı:
"Əgər yıxılsan, başa düşürsən ki,
mütləq qalxmalısan, çünki yerdə olanda səni təpikləyəcəklər və bu
daha da ağrılı olacaq".
Tipakova Rusiya qüvvələri tərəfindən sistemli şəkildə oğurlanmış və
işgəncəyə məruz qalmış minlərlə ukraynalıdan biridir. "The
Guardian", "Azov Sea News" və "IStories"in araşdırma jurnalistləri
bununla bağlı hesabatlar hazırlayıb.
"Amnesty International" da bildirib ki, Rusiya qüvvələrinin
nəzarətində olan ərazilərdə qeyri-rəsmi kameralar (saxlanma
yerləri) – adətən məktəblərdə, sənaye obyektlərində və evlərin
zirzəmilərində – geniş şəkildə yayılıb.
T.Tipakovanın sözlərinə görə, o, dəhşətli işgəncələrə məruz qalsa
da, digərlərinin yaşadıqları daha dəhşətli olub:
"Aramızda elə qızlar vardı ki, zirzəmidə yox, evlərində
saxlanılırdılar. Onlar analarının gözü qarşısında zorlanırdılar,
daha sonra anaları qızlarının gözü qarşısında
zorlanırdı".
İşgəncələr bir yana, əsirlər çox zaman aylarla, bəzən illərlə tam
təcrid olunmuş vəziyyətdə saxlanılır – ailələri onların harada
olduğunu, hətta sağ qalıb-qalmadığını belə bilmirlər.
"İşgəncə kamerası
istənilən fərdi evdə ola bilər"
Araşdırmaçı jurnalist Polina Ujvak ("IStories") bildirir ki,
döyülmə və bəzən insan bədəninə naqillərlə elektrik verilməsi kimi
işgəncələr hərbi əsirlər üçün adi haldır.
"Çox sayda
əsir döyülür və işgəncəyə məruz qalır ki, onlardan məlumat
alsınlar", – deyə o qeyd edir.
"Bu,
onların əsirlərə yanaşma tərzidir. İnsanın heç bir məlumatı olmasa
belə, onu döyəcəklər – xüsusilə də əgər kişi
olarsa".
Ujvak deyir ki, işğal olunmuş Ukrayna ərazilərində saxlanılan
şəxslərin bəziləri azad olunaraq evlərinə qayıda bilirlər.
"Bəzən insanları oğurlayırlar və bir müddət sonra
buraxırlar," – deyə o bildirir.
"Bəziləri
isə Rusiya həbsxana sisteminə göndərilir və ondan sonra azad
olunmağın yeganə yolu məhbus mübadiləsidir. Amma əslində bu
mübadilələr çox nadir hallarda baş verir".
Xerson rayon şurasının müşaviri Roman Baklajov 54 gün Rusiya
qüvvələrinin əsirliyində olub. Rusiya işğalı altında olan
ərazilərdə seçilmiş yerli məmurların hədəfə alınması adi hal
idi.
O, yaradılan saxlama kameralarının heç kimə sirr olmadığını
deyir.
"İşgəncə kamerası istənilən yerdə, istənilən zirzəmidə,
istənilən fərdi evdə ola bilər", - Baklajov bildirib.
"Məktəblərdəki işgəncə kameraları, Kaxovka və Nova
Kaxovkada polis bölmələri ümumilikdə ictimaiyyətə
məlumdur".
Ukrayna hökuməti on minlərlə ukraynalını itkin siyahısına salınıb.
Məlumatlara görə, onlar Rusiya qüvvələri tərəfindən saxlanılır.
"Zmina" İnsan Hüquqları Mərkəzinin əməkdaşı Boris Petrunyok
bildirib ki, rusiyalı müstəntiqlər artıq məhbuslardan hərbi
kəşfiyyat məlumatları almağa çalışmırlar.
"Motivasiya
artıq açıq şəkildə Ukrayna kimliyinin və işğala sədaqətsizliyin
bütün təzahürlərinə qarşı yönəlir", – deyə Petrunyok
bildirib.
"İnsanlar – əgər işğalı qəbul etmirlərsə –
Rusiya üçün real təhlükə yaradıb-yaratmamalarından asılı olmayaraq
hədəfə çevrilirlər".
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415