Rusiya ordusu Ukrayna ilə sərhəd boyunca təhlükəsizlik bufer
zonasının yaradılması üzərində işləyir.
Bunu prezident Vladimir Putin mayın 22-də hökumət üzvləri ilə
görüşündə bildirib.
"Sərhəd boyunca lazımi təhlükəsizlik bufer zonasının
yaradılması ilə bağlı qərar qəbul edilib. Hazırda silahlı
qüvvələrimiz bu problemi həll edir. Düşmənin atəş nöqtələri fəal
şəkildə susdurulur, iş gedir ", - o deyib.
Putin Ukraynanın hücumlarından əziyyət çəkən bölgələr arasında
Belqorod, Bryansk və Kursk vilayətlərinin adını çəkib.
Bugünlərdə Putin Kursk vilayətində bələdiyyələrin rəhbərləri ilə
görüşüb. Sərhədyanı Qluşkov rayonunun rəhbəri Pavel Zolotarev
Putindən Sumı vilayətində bufer zonası yaratmağı xahiş edib. Putin
bu bufer zonasının nə qədər dərin olmalı olduğunu soruşub.
Zolotarev deyib ki, Rusiya "heç olmasa" Sumı şəhərini
tutmalıdır.
Mayın ortalarında Sumı vilayətinin rəhbərliyi Rusiya ilə həmsərhəd
olan 202 yaşayış məntəqəsindən 4 mindən çox insanın təxliyəsini
elan edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415