Mixeil Kavelaşvili, Marko Rubionun Gürcüstanla bağlı “diplomatik cavabından” razıdır

“Gürcü Arzusu” tərəfindən Gürcüstanın altıncı prezidenti olaraq təqdim edilən

Mixeil Kavelaşvili, ABŞ-ın dövlət katibi Marko Rubionun, konqresmen Co Wilsonun Gürcüstanla bağlı verdiyi suala verdiyi cavabdan razı qaldığını bildirib.

Kavelaşvili, Wilsonun sualında “Gürcü Arzusu” hökumətinin “anti-Amerika” adlandırılmasını spekulyativ informasiya kimi qiymətləndirib:
“Əslində, o diplomatik cavab verdi və mən bu cavabdan razıyam...” – deyə Kavelaşvili bu cavabı “İmedi” televiziya kanalında şərh edib.
Jurnalist ona “Gürcü Arzusu” hökumətinin Tramp administrasiyasına göndərdiyi və cavabsız qalan məktubları haqqında da sual verib.
Kavelaşvili cavabında deyib:
“Biz, həqiqətən də, yeni administrasiyaya vaxt verdik – biz Trampın seçkilərindən əvvəl bu vəziyyət haqqında danışırdıq, hansı ki, yarana bilərdi və reaksiya da gecikmiş ola bilərdi. Amma əsas nədir? Əsas bizim münasibətimizdir, bizim hazırlığımızdır. Biz hazırıq...”
Konqresmen Co Vilsonun Gürcüstanla bağlı çıxışı
21 mayda, Tbilisi vaxtı ilə saat 18:45-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qarşısında dövlət katibi Marko Rubio çıxış edib. Gürcüstanla bağlı ona sualı konqresmen Co Vilson verib:
“Anti-Amerika mövqeli ‘Gürcü Arzusu’ rejiminə qarşı Tramp administrasiyasının sərt mövqeyinə görə minnətdaram. Onlar 26 oktyabrda Gürcüstanda keçirilən seçkiləri saxtalaşdırdılar. Onlar ABŞ ilə əlaqəni cinayətə çevirdilər. ABŞ şirkətlərini ölkədən qovdular, ticarəti və mərkəzi dəhlizdəki mineral resurslara çıxışı bağladılar, Gürcüstanı Çin Kommunist Partiyasına satdılar. Onlar dəfələrlə Prezident Trampı və ABŞ rəhbərliyini təhqir etdilər.
Bütün bunlar fonunda, ‘Rondelli Fondu’nun yaxınlarda dərc etdiyi və Gürcüstanda Çin Kommunist Partiyasının nəzarətini təsdiqləyən hesabatına görə minnətdaram və istəyirəm ki, bu sənəd rəsmi qeydiyyata daxil edilsin.
Bundan əlavə, artıq 200 gündür ki, azadlıqsevər gürcülər küçələrə çıxaraq, ABŞ bayraqları və Trampın plakatları ilə qəhrəmancasına etiraz edirlər.
Sizin rəhbərliyiniz dövründə, Dövlət Departamenti ‘anti-Amerika Gürcü Arzusu’na qarşı gürcü xalqının adından real cəza tədbirlərini görmək üçün hansı addımları atacaq?”

Marko Rubionun cavabı
Marko Rubio cavabında deyib:
“Daha əvvəl dediyim kimi, ABŞ-ın məqsədləri və milli maraqları prioritetdir. Belə ki, biz bu məsələni bu cür qiymətləndiririk: ‘Dünyanın mühüm bölgəsində hakimiyyətdə olan anti-Amerika hökuməti bizim milli maraqlarımıza uyğundurmu?’ Əgər uyğun deyilsə, həmin hökumətə qarşı müvafiq tədbirlər görəcəyik. Bu məsələ hazırda müzakirə prosesindədir, biz variantları nəzərdən keçiririk və əlavə variantlar da araşdırılır. Bu gün konkret olaraq hansı tədbirləri planlaşdırdığımızı açıqlaya bilmərəm. Amma sizə deyə bilərəm ki, bu, hazırda aktiv müzakirə olunan məsələdir. Yenə də qeyd edirəm: bu, çox gözəl nümunədir ki, biz regional bürolarımıza və yerli ofislərimizə müraciət edirik ki, onlar bizə tövsiyə versinlər ki, hansı tədbirlər anti-Amerika hökumətinə qarşı ən çox təsir edə bilər.”

Bu, konqresmen Wilsonun sualına cavab olaraq dövlət katibi Rubionun Gürcüstanla bağlı verdiyi ilk ictimai bəyanatdır.
Dövlət Departamentinin əvvəlki mövqeyi
Bundan öncə, aprelin əvvəlində ABŞ Dövlət Departamenti, 28 martda globalnews.ge saytının jurnalistinin Dövlət Departamentinin brifinq otağında verdiyi sualı yazılı şəkildə cavablandırmışdı. Cavabda bildirilirdi:
“Gürcü Arzusu" hökumətinin davamlı antidemokratik hərəkətlərinə gəldikdə – vitse-prezident [J.D.] Vanse Münhendə qeyd etdiyi kimi, demokratik mandat rəqiblərin senzurası və ya həbs edilməsi ilə əldə olunmur, həmçinin əsas elektoratın fikrini nəzərə almadan, kimlərin cəmiyyətimizin bir hissəsi olacağına qərar verməklə də qazanıla bilməz.”

 

Print Email
FaceBook Twitter Google