Gənc yazıçı Azər Musaoğlunun yeni kitabının imza günü keçiriləcək
24 may tarixində gənc şair və yazıçı Azər Musaoğlunun yeni kitabının imza günü keçiriləcək. Müəllif “Mezozoy erasında yadplanetli” adlı ilk şeirlər toplusu ilə saat 14:00-da M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində oxucularla görüşəcək.

“Mezozoy erasında yadplanetli” Azər Musaoğlunun ilk kitabıdır və buraya müəllifin son illərdə qələmə aldığı şeirlər daxil edilib. Əsər 300 nüsxə tirajla Tbilisidə fəaliyyət göstərən “Mtsiqnobari” nəşriyyatında çap olunub.

Kitabın ön sözünün müəllifi və redaktoru Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinin rəhbəri Allahverdi Təhləli, korrektoru Aynurə Əliyeva, dizaynı isə Elsevər Əhmədova məxsusdur. Nəşr Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının maliyyə dəstəyi ilə ərsəyə gəlib.

Qeyd edək ki, Azər Musaoğlunun ilk kitabının təqdimat mərasimi artıq 4 may tarixində Tbilisidə yerləşən Gürcüstan Yazıçılar Evində baş tutub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google