Marneuli Bələdiyyə Məclisinin iclası əvvəlcədən planlaşdırıldığı
kimi 12 iyun deyil, 16 iyun 2025-ci il tarixində keçiriləcək.
Bu barədə “Marneuli” radiosuna Bələdiyyə Məclisindən məlumat
verilib.
İclasın təxirə salınmasına səbəb gündəliyə əlavə olunacaq
məsələlərin əvvəlcə komissiya formatında müzakirə olunmasının
zəruriliyi göstərilir.
İclas 16 iyun tarixində, saat 12:00-da Marneuli meriyasının
binasında keçiriləcək.
Gündəlikdəki əsas məsələlər:
- Görmə Qüsurlular İttifaqından daxil olmuş
məktub;
- 2025-ci il üçün yanacaq və telefon limitlərinin
müəyyənləşdirilməsi;
- Fərdi inkişaf planı;
- Qadın və uşaq problemləri, digər mövzularla məşğul olan
bələdiyyə şurasının yaradılması.
Qeyd edək ki, iclas açıqdır və hər kəsin iştirak edə bilər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415