Marneuli küçələrinə yeni salınan yol örtüyü niyə sökülüb?
Marneulinin Çavçavadze küçəsinə yeni salınmış yol örtüyünün bir hissəsi sökülüb. Marneulidə su təchizatı sisteminin təşkili ilə məşğul olan Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinin nümayəndəsi "Marneuli" radiosuna bildirib ki, kanalizasiya quyularının qurulması üzrə işlər aparılır.

"Asfaltın birinci qatı çəkilib, ikinci qat da çəkilməlidir. İkinci qat asfalt döşənməzdən əvvəl mövcud kommunikasiyaların yuxarı ucları qaldırılmalıdır. Ümumiyyətlə, belə olur – birinci qat mövcud quyuların başına düzülür, ikinci qat çəkilməzdən əvvəl isə bu quyular qaldırılır",
– şirkət nümayəndəsi bildirir.

Marneuli və onun kəndlərinin su təchizatı və kanalizasiya layihəsi 2019-cu ildə başlayıb. Layihə çərçivəsində yolları qazılıb, infrastrukturu zədələnib, ictimai nəqliyyata və şəxsi avtomobillərə ziyan dəyib. İlkin olaraq, "Akelik Group" şirkəti layihəni 2021-ci ilin mart ayına qədər başa çatdırmalı idi, lakin öhdəliklərini yerinə yetirə bilmədi və bu səbəbdən 55 940 022 dollar dəyərində layihə dayandırıldı.

Su təchizatı şirkəti Türkiyə və Çin şirkətləri ilə yeni müqavilə imzalayıb. İşlər "China Geo-Engineering Corporation (CGC)" və "POLAT Yol Yapı Sanayi ve Ticaret Anonim Şirkəti" tərəfindən həyata keçirilir.

Layihə Asiya İnkişaf Bankının dəstəyi ilə 135 milyon laridən artıq vəsaitə başa gələcək. Onun tərkibində yeni su təchizatı şəbəkəsi, nasos stansiyası, su anbarları, yeni kanalizasiya şəbəkəsi və müasir standartlara cavab verən təmizləyici qurğu tikilir.

Layihə başa çatdıqdan sonra Marneuli əhalisi 24 saatlıq su təchizatı və yeni kanalizasiya infrastrukturu ilə təmin edilməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google