Polşa Almaniya ilə sərhəddə qismən nəzarət tətbiq etməyə və bəzi ölkələrlə, o cümlədən Gürcüstanla vizasız gediş-gəlişi məhdudlaşdırmağa hazırlaşır

Bu ilin yayında, miqrantların sayının artması davam edəcəyi təqdirdə, Polşa Almaniya ilə sərhəddə qismən

nəzarət tətbiq etməyi planlaşdırır. Bu barədə baş nazir Donald Tusk Polşa Parlamentində çıxışı zamanı bəyan edib.

Tuskun rəhbərlik etdiyi liberal hökumət müxalif millətçi qüvvələr tərəfindən tənqid olunur. Onlar hökuməti Almaniya tərəfindən Avropa İttifaqı qaydalarına əsasən geri qaytarılan qeyri-qanuni miqrantları qəbul etməkdə ittiham edirlər. Hökumət isə bildirir ki, bu cür hallar çox nadir və məhdud saydadır.

Baş nazirin sözlərinə görə, Almaniyadan geri qaytarılan hər bir miqrant qrupu ciddi yoxlamadan keçiriləcək:

“Əgər sərhəddə vəziyyət daha da pisləşərsə... qərar verməkdən çəkinməyəcəyəm və müvəqqəti nəzarət tətbiq ediləcək. Çox güman ki, bu yay Almaniya ilə sərhəddə qismən nəzarət tətbiq olunacaq,” – deyə Tusk bildirib.

O, həmçinin əlavə edib:

Mən çox yaxşı başa düşürəm ki, qeyri-qanuni miqrasiya Polşanın və bütövlükdə sivilizasiyamızın gələcəyi üçün nə deməkdir.”

Donald Tusk bəyan edib ki, Polşa bəzi ölkələrlə vizasız rejimi məhdudlaşdırmağı da istisna etmir – əgər həmin ölkələrin vətəndaşları Polşada cinayət hadisələri ilə əlaqələndirilirlərsə bu baş verə bilər. Bu kontekstdə o, Gürcüstanı da misal çəkib.

Polşa rəsmiləri bildirirlər ki, ölkə 2021-ci ildən bəri Belarus və Rusiya tərəfindən təşviq edilən miqrasiya təzyiqi ilə üz-üzədir. Hər iki ölkə bu ittihamları rədd edir.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google