Tbilisi Şəhər Məhkəməsində 12 iyun tarixində bir neçə jurnalist,
siyasətçi və mülki
fəal barəsində məhkəmə iclasları keçiriləcək. Onların sosial
şəbəkələrdə – xüsusilə "Facebook"-da yazdıqları paylaşımlara görə
Daxili İşlər Nazirliyi inzibati xəta protokolları tərtib
edib,onların cərimələnməsini tələb edir.
İşlər hakim partiya “Gürcü Arzusu”nun nümayəndələrinə qarşı
səsləndirilmiş fikirlərlə bağlıdır. Məlumatı Daxili İşlər
Nazirliyinin mətbuat xidməti “Azadlıq radiosuna təsdiqləyib.
Nazirlik bildirib:
“ "Gürcü Arzusu" fraksiyaının sədri tərəfindən 2025-ci il 6 iyun
tarixində təqdim edilmiş ərizə/şikayət əsasında Gürcüstan Daxili
İşlər Nazirliyi inzibati icraatlara başlayıb.”
Sabahkı məhkəmə proseslərində aşağıdakı şəxslərin iştirakı
gözlənilir:
Nanuka Jorjoliani – jurnalist
Vaxo Sanaia – jurnalist
Vika Bukia – jurnalist
Eka Mişveladze – jurnalist
Mişa Mşvildadze – jurnalist
Tamar Çerqoleişvili – siyasətçi
Levan Xabeişvili – siyasətçi
Elene Xoştaria – siyasətçi
Aleko Elişvili – siyasətçi
Ana Subeliani – fəal
Baya Pataraia – fəal
Davit Katsarava – fəal
Qiorqi Kadaqidze – fəal
Keti Molaşvili – fəal
Hakim partiyanın liderlərindən biri, İrakli Kirtsxalia, 6 iyun
tarixində bəyan etmişdi ki, partiya "təhqir", "alçaltma", "təhdid"
və "qısnama" hallarına qarşı hər kəsə qarşı iddia qaldıracaq. O
zaman konkret adlar açıqlanmasa da, indi məlum olub ki, məsələ
konkret şəxslərlə bağlıdır.
Bu şəxsləri 1 500 laridən 4 000 lariyə qədər cərimə və ya 45
günədək inzibati həbs gözləyə bilər. Bu cəzalar, “Gürcü Arzusu”
tərəfindən Avropa yönlü etiraz aksiyaları fonunda sərtləşdirilmiş
İnzibati Xətalar Məcəlləsinə əsaslanır.
Qanunun tətbiqinin ilk nümunəsi artıq qeydə alınıb. 17 may
tarixində “Gürcü Arzusu”nun deputatı Mariam Laşxe uşaqları ilə
birlikdə kafedə olarkən, bir neçə qadın fəal tərəfindən belə
şüarlarla qarşılaşıb: "Rejim girovlarına azadlıq!”, “Rusiyaya
yox!”, “Rusiya qullarına ölüm!” Laşxe bunu təhqir kimi
qiymətləndirib və DİN-ə müraciət edib. Məhkəmə iki fəal qadını 12
günlük həbs edib, birini isə 4 000 lari cərimə ilə
cəzalandırıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415