Avropa İttifaqına üzv dövlətlərin əksəriyyəti Gürcüstanla vizasız rejimin ləğvinə qarşıdır – Herçinski

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib ki, Aİ-yə üzv dövlətlərin əksəriyyəti Gürcüstanla vizasız rejimin ləğvinə dəstək vermir.



Onun sözlərinə görə, son aylarda üzv ölkələr arasında Gürcüstanda yaranmış siyasi vəziyyətə cavab olaraq mümkün addımlar barədə aktiv müzakirələr aparılır. Bu kontekstdə Polşanın baş naziri Donald Tuskun son bəyanatı, Herçinskinin fikrincə, sadəcə bir fərdi mövqedir:

“Son illərdə Gürcüstan Aİ ilə xüsusi, imtiyazlı münasibətlərdən yararlanırdı. Təəssüf ki, artıq demək olar ki, bir ildir bu münasibətlər geriləməkdədir. Mən açıq şəkildə demək istəyirəm ki, Aİ–Gürcüstan əlaqələri bu gün çox aşağı nöqtədədir. Biz, Aİ olaraq, artıq bir neçə aydır düşünürük – Gürcüstan hökumətinin addımlarına, qəbul etdiyi qərar və qanunlara, hansı ki, ölkəni Aİ-dən uzaqlaşdırır, necə cavab verməliyik. Əsas sual budur – Gürcüstan bu xüsusi münasibətləri saxlamaq üçün hələ də eyni əsaslara sahibdirmi?”

Səfirin sözlərinə görə, hazırda vizasız rejimin ləğvi nəzərdə tutulmur:

Əksinə, deyə bilərəm ki, üzv ölkələrin əksəriyyəti bunun əleyhinədir. Çünki biz istəmirik ki, Gürcüstan hökumətinin qərar və addımlarının əvəzini sıravi vətəndaşlar ödəsin. Buna görə də bu mərhələdə qərara gəldik ki, yalnız diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejim müvəqqəti dayandırılsın.”

Herçinski əlavə edib ki, müzakirələr davam edir və yekun qərar Aİ üzv ölkələrinin birgə razılaşması ilə qəbul olunacaq:

“Hazırkı mərhələdə əminliklə deyə bilərəm – Gürcüstan vətəndaşları Avropa İttifaqı ölkələrinə vizasız səyahət etməyə davam edə bilərlər.”

Xatırladaq ki, Polşanın baş naziri Donald Tusk bir neçə gün öncə bəyan etmişdi ki, onun hökuməti Avropa İttifaqının digər üzvləri ilə danışıqlar aparır və Gürcüstan vətəndaşları üçün vizasız rejimin ləğvinə dəstək qazanmağa çalışır.

 

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google