11 iyun tarixində Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə
Macarıstanın baş naziri Viktor Orban arasında
keçirilən görüşdən sonra Orban özünün Facebook səhifəsində paylaşım
edib.
Paylaşımda Orban qeyd edir ki, Kobaxidze ilə bu il artıq dördüncü
dəfə görüşür və vurğulayır ki, Macarıstanla Gürcüstan arasında bir
çox oxşarlıq mövcuddur. Onun sözlərinə görə, hər iki ölkənin
məqsədi başqalarının müharibəsində
“piyona”
çevrilməməkdir.
“Macarlar kimi, gürcülər də öz talelərini özləri
müəyyənləşdirmək və başqalarının müharibələrində alət olmamaq
uğrunda mübarizə aparırlar”, – deyə Orban yazıb.
Orban paylaşımında 2008-ci il müharibəsinə də toxunub. Onun
iddiasına görə, həmin vaxt Gürcüstanı müharibəyə “qlobalistlər”
sürükləyib və sonradan onu tək buraxıblar. Orban bildirir ki,
gürcülər bu hadisədən
“dərs
çıxarıblar”.
“Gürcülər 15 il əvvəl artıq yaşadılar – qlobalistlərin
hay-küylü çağırışları ilə Rusiya ilə müharibəyə necə
sürükləndiklərini və daha sonra onları bu yola salanların necə tərk
etdiklərini. Bunun üçün böyük bədəl ödədilər və az qala milli
müstəqilliklərini itirdilər. Gürcülər bu dərsi aldılar və indi
qərarlıdırlar: artıq aldanmayacaqlar. Xarici qüvvələrə onları
müharibəyə cəlb etməyə imkan verməyəcəklər”, – deyə
Macarıstanın baş naziri bildirib.
Orban əlavə edib ki, gürcülər də macarlar kimi
“Brüssel
bürokratiyası qarşısında baş əyməkdən imtina
edirlər”.
Onun sözlərinə görə, Macarıstan və Gürcüstanın inkişafına
“Brüsselin şantajı və ya Ukraynadan qaynaqlanan
təhlükə” mane ola bilməz:
“Biz iqtisadi imkanlar yaradırıq ki, müharibə və
sanksiyaların vurduğu zərərləri kompensasiya edək. Biz bu imkanları
yaradırıq, çünki Gürcüstan Macarıstanın enerji təhlükəsizliyinin
möhkəmləndirilməsində vacib tərəfdaşdır. Biz imkanlar açırıq, çünki
Gürcüstanın iqtisadiyyatı – Avropa İttifaqının iqtisadiyyatından
fərqli olaraq – hər il 8-9% artımla dinamik şəkildə inkişaf
edir.
Brüsselin təzyiqləri və ya Ukraynadan gələn təhlükələrə baxmayaraq,
biz inkişafı, artımı və güclənməni davam etdirəcəyik, çünki macar
və gürcü xalqları bizə bu məsuliyyəti etibar edib. İşə
başlayaq!” – Macarıstanın baş naziri yazıb.
Bir neçə saat sonra Orban daha bir paylaşım edib:
“Gürcüstanda da, Macarıstanda olduğu kimi, qlobalist,
saxta vətəndaş cəmiyyəti təşkilatları hakimiyyəti devirmək üçün hər
şeyi edirlər. Bizim mənəvi borcumuz onların yanında durmaqdır –
necə ki, onlar bizim yanımızdadırlar.”
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415