Gürcüstanın şəxsiyyət vəsiqəsi və pasportu ləğv edilib – Laşa Qabitaşvili
Laşa Qabitasşilinin sözlərinə görə, onun şəxsiyyətini təsdiqləyən sənədləri – Gürcüstanın şəxsiyyət vəsiqəsi və pasportu ləğv olunub.

“Gürcü xalqının böyük iradəsi yerinə yetirildi – Gürcüstanın şəxsiyyət vəsiqəsi və pasportu ləğv olundu. Məhkəməyə müraciət etmişəm, amma əgər prosesi uzatmasalar və əzab verməsələr, gürcü kimliyini qoruya bilməyəcəklər?” – deyə o, “Facebook”da yazıb.

Laşa Qabitaşvili mayın 19-da bildirib ki, Gürcüstan vətəndaşlığından məhrum edilib. Onun sözlərinə görə, o, evlilik yolu ilə ikili vətəndaşlıq əldə edib və daha sonra Gürcüstan vətəndaşlığını saxlamaq üçün Ədliyyə Evində müraciət edib, lakin bu müraciət rədd edilib.

Qabitaşvilinin İsrail vətəndaşlığı da var, lakin Gürcüstan vətəndaşlığından könüllü şəkildə imtina etməyib.

Ədliyyə Evindən aldığı qərarı o, məhkəməyə verib.

2025-ci ilin yanvarında Laşa Qabitaşvili BƏƏ-nin paytaxtı Əbu-Dabidə “Gürcü Arzusu” partiyasının deputatları ilə fiziki qarşıdurma yaşamışdı.

İnsidentdən sonra o, Əbu-Dabidə saxlanılıb – yanvarın 12-də yayılan videolarda onun “Gürcü Arzusu”nun üzvlərinə yaxınlaşaraq etiraz etdiyi görünür.

Ertəsi gün, yanvarın 13-də deputatlar İrakli Zarkua və Viktor Sanikidze tərəfindən fiziki hücuma məruz qaldığını bildirib. Qabitaşvilinin sözlərinə görə, o, oteldə səhər yeməyi yeyərkən İrakli Zarkua gəlib. Qabitaşvili bildirib ki, qarşıdurmanın davamını gözlədiyi üçün gülümsəyib və telefonunu götürmək istəyəndə Zarkua ona “nə telefonu götürürsən” deyə irad bildirib və içi yeməklə dolu boşqabı ona tullayıb.

2025-ci ilin fevralında Tbilisiyə qayıtdıqdan sonra Qabitaşvili üç maskalı şəxs tərəfindən hücuma məruz qalıb.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər