ABŞ Dövlət Departamentinin saytında dövlət katibi Marko Rubionun 12
iyun - Rusiya Günü münasibətilə təbriki dərc olunub.
Təbrikdə deyilir:
"Amerika xalqı adından Rusiya xalqını
Rusiya Günü münasibətilə təbrik edirəm. ABŞ Rusiya xalqının daha
parlaq gələcəyə doğru səylərini dəstəkləməyə sadiq qalır. Biz
fürsətdən istifadə edərək Rusiya və Ukrayna arasında davamlı sülhə
nail olmaq üçün ABŞ-nin Rusiya Federasiyası ilə konstruktiv
əməkdaşlığa sadiqliyini bir daha təsdiqləmək istəyirik. Ümid edirik
ki, bu sülh ölkələrimiz arasında qarşılıqlı faydalı münasibətlərin
təməlini təşkil edəcək".
Rusiya Günü münasibətilə ABŞ Dövlət Departamentinin saytında
sonuncu təbrik 2022-ci ildə dərc olunub. Həmin təbrik ABŞ-nin
keçmiş dövlət katibi Entoni Blinken tərəfindən imzalanmışdı.
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı
müharibəyə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir
hissəsini-Krımı tutmuşdu.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415