Marneuli meriyası 1224 lari 80 tetri dəyərində gigiyenik vasitələri
sadələşdirilmiş qaydada alıb.
Özünüidarə 45 növ məhsulu “Marneuli Mall”dan əldə edib.
Büdcədən vəsaitin ayrılması üçün Marneuli meri Kənan Ömərov
Maddi-Texniki Təminat Şöbəsinin rəhbəri Besik Sexniaşviliyə
müraciət edib.
“Xatırladaq ki, Marneuli meriyasında gigiyenik vasitələrə ehtiyac
var. Xahiş edirik, müvafiq xidmətə alqı-satqı ilə əlaqədar
qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin aparılması tapşırığı
verəsiniz,” – izahat məktubunda deyilir.
Qeyd edək ki, Marneuli meriyası gigiyenik ləvazimatların alınması
üçün sadələşdirilmiş müqavilələrdən tez-tez istifadə edir. Belə
hallarda təchizatçı ilə müqavilə tender prosedurundan kənar
bağlanır.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415