İsrail, İran və İordaniya hava xəttlərini bağlayıblar

İordaniya, İsrailin İrana endirdiyi zərbələrdən sonra hava məkanını müvəqqəti olaraq bağlayıb.



Bu barədə məlumatı İordaniyanın Mülki Aviasiya Tənzimləmə Komissiyası yayıb.

“Bu tədbir regionda hərbi gərginliyin artması fonunda ehtiyat məqsədilə qəbul olunub”, – qurumun məlumatında deyilir.

Komissiyanın rəhbəri Haitam Mistonun sözlərinə görə, qərar beynəlxalq mülki aviasiya standartlarına və uçuş təhlükəsizliyi öhdəliklərinə uyğundur.

Bundan əvvəl İordaniya hökumətinin sözçüsü Məhəmməd Mömani bəyan etmişdi ki, İordaniya hava məkanının pozulmasına yol verməyəcək və krallıq heç bir münaqişənin döyüş meydanına çevrilməyəcək.

CNN-in məlumatına görə, hava məkanlarını İsrail və İran da bağlayıblar.


Mənbə: BPN



 

Print Email
FaceBook Twitter Google