Yanvar-may aylarında ixrac 14.6%, idxal isə 12.8% artıb – “Sakstat”
Gürcüstanın Milli Statistika İdarəsinin (“Sakstat”) məlumatına əsasən, 2025-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi (deklarasiya olunmamış ticarət istisna olmaqla) 9.790 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13.3% artımb.

Hesabat dövründə ixracın həcmi 2.595 milyard dollar olub ki, bu da illik müqayisədə 14.6% artım deməkdir. İdxal isə 7.195 milyard dollara çatıb – bu da 12.8% artım göstəricisidir.

“Sakstat”ın məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında xarici ticarət balansı 4.600 milyard ABŞ dolları mənfi olub ki, bu da ümumi ticarət dövriyyəsinin 47%-nə bərabərdir.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google