“Gürcü Arzusu” partiyasının Parlament üzvü Lado Bojadze
partiyanı tərk edir və “Avropalı Sosialistlər” siyasi qrupuna
qoşulur.
Bu barədə o, “Facebook”da yazıb.
Acaranın İctimai Yayımçısının efirində isə Lado Bojadze səbəb kimi
“radikal müxalifətin məhkəməyə, qanuna və qanunun icrasına
münasibətini” göstərdi.
“Cəmiyyət məhkəmə iclaslarından çox ağır kadrları
görür, mandat sahiblərinə, hakimlərə qarşı münasibəti. Bir çox
siyasətçi, fəal və ya jurnalist məhkəməyə çağırılıb. Onların bir
çoxu bildirib ki, ümumiyyətlə, bu qanunu tanımırlar və yerinə
yetirməyə hazırlaşmırlar, ümumiyyətlə məhkəməyə getməyəcəklər.
Bir daha göründü ki, bu radikalizmdir, ölkədə qarışıqlıq və
destabilizasiya planı və sxemidir və görünür ki, bu hələ də
qüvvədədir. Mən bu proseslər barədə parlament çoxluğunun lideri
Mamuka Mdinaradzeylə danışmışam. Bildiyiniz kimi, biz eyni
komandanın üzvləri olmuşuq. Düşünürəm ki, dövlət qanunun icrası
məsələsində daha sərt və prinsipial olmalıdır,” –
deyə Lado Bojadze bildirib.
Bojadze “Gürcü Arzusu” partiyasına 2021-ci ildən qoşulub. O,
Tbilisi Bələdiyyə Məclisinin üzvü olub, 2024-cü ildə isə “Arzu”nun
parlament siyahısı ilə deputat seçilib.