Mixeil Kavelaşvili hansı əmlaka sahibdir?
Mixeil Kavelaşvili 2024-cü ilin dekabr ayından Gürcüstanın prezidenti vəzifəsini icra edir. O, seçicilər tərəfindən seçilmən ölkənin ilk prezidentidir. Yəni Kavelaşvili seçicilər kollegiyası tərəfindən seçilib.

Prezidentin təqdim etdiyi son əmlak bəyannaməsində ötən il ərzində əldə olunan gəlirlər və xərclər əks olunub. Mixeil Kavelaşvili Tbilisidə, Qabashvili küçəsində yerləşən 88 kvadratmetrlik bir qaraja sahibdir.

Əvvəlki bəyannamədə o, öygey oğlu Qiorqi İvanişvilini göstərib. Həmin şəxsin adına Tbilisidə, Çavçavadze prospekti 83 ünvanında yerləşən 134 kvadratmetrlik mənzil qeydiyyatda olub. Yeni bəyannamədə isə prezident oğlu Quram Kavelaşvili qeyd edib. Quram Kavelaşvili "Telavi" futbol klubunun oyunçusudur.

Bank hesablarına gəlincə, Mixeil Kavelaşvili ümumilikdə iki hesabda vəsait göstərib. Biri kreditin qaytarılması üçün istifadə edilən 51 min lari məbləğində hesab, digəri isə 6 min lari olan adi bank hesabıdır.

Deputat kimi çalışdığı müddətdə o, 44 612 lari məbləğində əmək haqqı alıb. Oğlu Quram Kavelaşvili isə futbol klubundakı fəaliyyəti nəticəsində 5 698 lari gəlir əldə edib.

Əmlak bəyannaməsində Mixeil Kavelaşvili həmçinin “GeoMak” MMC-də 40 faiz paya sahib olduğunu göstərir. Onun sözlərinə görə, ötən il bu şirkətdən hər hansı bir gəlir əldə etməyib.

Bank öhdəliklərinə gəldikdə isə, prezidentin 56 min lari məbləğində istehlak krediti mövcuddur.

2025-ci ildən etibarən Mixeil Kavelaşvilinin əmək haqqısı nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, yanvarın 1-dən prezidentin illik əmək haqqısı 159 600 lari təşkil edir. Müqayisə üçün qeyd edək ki, keçmiş prezident Salome Zurabişvilinin illik maaşı 83 600 lari idi.

Mənbə: BM

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google