İranın xarici işlər naziri Abbas Əraqçi BMT-yə göndərdiyi məktubda
bəyan edib ki, İsrailin İran ərazisinə endirdiyi hava zərbələri
“müharibə elanıdır”.
Nazirin sözlərinə görə, bu hücumlar İranın suverenliyinin kobud
şəkildə pozulmasıdır. O, BMT Təhlükəsizlik Şurasını vəziyyətə
“dərhal müdaxilə etməyə” çağırıb.
Xatırladaq ki, İsrail İran ərazisində yerləşən bir neçə nüvə və
hərbi obyektə hava zərbəsi endirib. İsrail Müdafiə Qüvvələrinin
yaydığı məlumata əsasən, bu əməliyyat nəticəsində İran Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi, İran İslam İnqilabı Keşikçiləri
Korpusunun (SEPAH/IRGC) baş komandanı və Fövqəladə Hallar
Komandanlığının rəhbəri həlak olub.
Eyni zamanda, İran rəsmiləri təsdiqləyiblər ki, İsrailin hücumu
nəticəsində ölkənin nüvə proqramı üzərində çalışan azı altı alim
həyatını itirib.
İsrailin hava hücumlarına cavab olaraq İran İsrail istiqamətinə
təxminən 100 pilotsuz uçuş aparatı (PUA) göndərib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415