Batumidə kassirə hücum edilib və market qarət olunub – iki nəfər həbs edilib
Batutmi şəhərində supermarketə edilən silahlı hücumla bağlı iki nəfər qrup halında quldurluqda təqsirli bilinərək məhkum edilib. Gürcüstan Prokurorluğunun yaydığı məlumata əsasən, Xelvaçauri Rayon Məhkəməsi həmin şəxsləri müvafiq olaraq 11 və 8 il müddətinə azadlıqdan məhrum edib.

İstintaq və məhkəmə zamanı sübuta yetirilib ki, təqsirləndirilən şəxslər odlu silaha bənzər əşya nümayiş etdirməklə Batumidə yerləşən “Billion” supermarketinə daxil olublar, kassiri həyat üçün təhlükəli zor tətbiq edəcəkləri ilə hədələyərək 2 145 lari məbləğində pulu ələ keçiriblər.

Prokurorluq həmin şəxslərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsinin bir neçə bəndi ilə – yəni qrup halında, təkrar və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş quldurluq ittihamı ilə cinayət işi qaldırıldığını bildirir.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google