Müxalif “Qaxariya Gürcüstan naminə” partiyasının lideri Qiorqi
Qaxaria – bir zamanlar “Gürcü Arzusu”
hökumətində baş nazir, həmçinin, iqtisadiyyat və daxili işlər
naziri olmuş siyasətçi – yenidən Parlamentdə mübahisəli şəkildə
yaradılmış müvəqqəti istintaq komissiyasının iclasına çağırılıb. Bu
barədə məlumat 16 iyun tarixində yayılıb.
Komissiyaya “Gürcü Arzusu”nun lideri və Qaxariyanın baş nazirliyi
dövründə baş nazirin müavini olmuş Tea Tsulukiani rəhbərlik
edir.
“Böyük ümid edirəm ki, cənab Qiorqi əlavə ifadə üçün
gələcək. Bu, bizə Çorçana, Tsaqveri və digər kəndlər haqqında
müzakirəni davam etdirməyə imkan verəcək – o kəndlər ki, cənab
Qaxarianın dediyinə görə, onun postun qurulması ilə bağlı atdığı
addım nəticəsində Gürcüstanın mərkəzi hakimiyyəti bir santimetr də
olsun ərazi itirməyib və həmin sahələr işğal olunmayıb”, –
deyə Tea Tsulukiani komissiyanın iclasında bildirib.
Onun sözlərinə görə, Qiorqi Qaxariyaya 23 iyun tarixində
müxalifətdə olduğu dövrdə “beynəlxalq arenadakı fəaliyyəti” barədə
də suallar veriləcək.
“Gürcü Arzusu” partiyası bu il, 5 fevral tarixində “Vahid Milli
Hərəkat”ın hakimiyyəti dövrünü araşdırmaq məqsədilə istintaq
komissiyası yaradıb. Partiyanın məqsədi “Kollektiv Milli Hərəkatın”
fəaliyyətini qadağan etməkdir. Bu anlayışa partiya 2024-cü il
Parlament seçkilərində 5%-lik baryeri aşmış və hazırkı hökumətin
legitimliyini tanımayan böyük müxalif partiyaları daxil edir.
Komissiyanın iclaslarına qatılmadıqlarına görə, Tbilisi Şəhər
Məhkəməsi Prokurorluğun təqdimatı əsasında bir neçə müxalif
siyasətçini həbs edib. Həbs olunanlar arasında İrakli Okruaşvili,
Zura Caparidze, Nika Melia və Nika Qvaramia da var.
Qiorqi Qaxaria komissiyanın iclasında iştirak edən azsaylı
müxalifətçilərdən biridir. Ona müxalifətə keçid səbəbləri və
Gürcüstanın nəzarətində olan Çorçana kəndində postun açılması ilə
bağlı suallar verilib.
Komissiya bir neçə gün əvvəl Çorçana postu məsələsinə yenidən
qayıdıb. 11 iyun tarixində keçirilmiş iclasa çağırılan Elquca
Xarazişvili komissiyanın rəhbəri Tea Tsulukiani tərəfindən
dəfələrlə Çorçana sakini kimi təqdim olunub. Lakin sonradan məlum
olub ki, o, əslində Tsaqveri kəndindəndir.
Elquca Xarazişvilinin ifadəsinə görə, Çorçanada post qurulduqdan
sonra yerli sakinlər artıq Tsaqveri meşəsinə daxil ola bilmirlər,
çünki işğalçı rejim daha da irəliləyərək öz postunu da qurub və
meşənin yarısını zəbt edib.
Xarazişvili, postun qurulmasından əvvəl Çorçana kəndinin hansı
problemlərlə üzləşdiyi və yerli əhalinin hazırda bu məsələ ilə
bağlı nə düşündüyü barədə heç bir fikir bildirməyib.
14 iyun tarixində isə bu məsələ ilə bağlı Gürcüstanın
Prokurorluğunda ifadə verənlər arasında Qiorqi Qaxarianın
hökumətində daxili işlər naziri olmuş və ondan əvvəl Dövlət
Təhlükəsizlik Xidmətinə rəhbərlik etmiş Vaxtanq Qomelauri də olub.
Onun sözlərinə görə, “postun qurulması barədə heç bir razılaşma
olmayıb və biz bu barədə sonradan xəbər tutmuşuq”.
Vaxtanq Qomelaurinin ifadəsi başa çatdıqdan sonra Gürcüstan
Prokurorluğu bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, hazırda
aşağıdakı maddələrlə istintaq aparılır:
– Sabotaj (CM 318.1),
– Ağırlaşdırıcı hallarda sabotaja cəhd (CM 19, 318.2),
– Xarici və ya xarici nəzarətdə olan təşkilata düşmən fəaliyyətində
yardım (CM 319),
– Gürcüstanın Konstitusiya quruluşu və milli təhlükəsizliyinə qarşı
yönəlmiş fəaliyyətin maliyyələşdirilməsi (CM 321¹.2.a).
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415