Eter Liparteliani Gürcüstan qadın cüdosu tarixində ilk dünya çempionu olub

Gürcüstan milli komandasının üzvü, 25 yaşlı Eter Liparteliani, Macarıstanın paytaxtı Budapeştdə keçirilən

dünya çempionatının finalında yaponiyalı Momo Tamaokini məğlub edərək Gürcüstan qadın cüdosu tarixində ilk dəfə dünya çempionu adını qazanıb.

57 kq çəki dərəcəsində yarımfinalda Liparteliani Türkmənistanı təmsil edən Maisa Pardayeva üzərində ipponla qələbə qazanıb.

Eter Liparteliani Gürcüstan tarixində gənclər arasında dünya çempionu olmuş ilk qadın cüdoçudur – bu nailiyyəti o, 2019-cu ildə əldə edib.

Lipartelianinin digər əsas uğurları bunlardır:

Gənclər arasında ikiqat dünya çempionu (2019 – Mərakeş və Vantaa, 57 kq),

Gənclər arasında Avropa çempionu (2016 – Vantaa, 57 kq),

Gənclər arasında Avropa Kubokunun qalibi (2016 – Antalya, Türkiyə, 57 kq).


Eter Liparteliani həmçinin Tokio 2020 və Paris 2024 Yay Olimpiya Oyunlarında iştirak edib və hər iki yarışda 5-ci yeri tutub.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google