Bilirdinizmi ki, bir şəhəri enerji ilə təmin edən eyni
texnologiyadan nüvə bombası hazırlamaq üçün də istifadə oluna
bilər?
Uranın zənginləşdirilməsi təbii urandakı "uran-235" izotopunun
miqdarını artıran bir prosesdir. Bu proses nəticəsində uran nüvə
reaktorlarında yanacaq kimi və daha yüksək səviyyədə
zənginləşdirildikdə nüvə silahlarında istifadə oluna bilər.
Təbii uran yalnız təxminən 0.7 faiz "uran-235" izotopu ehtiva edir
ki, bu da əksər tətbiqlər üçün yetərli deyil. Zənginləşdirmə bu
faizi artıraraq uranın müxtəlif sahələrdə istifadəsinə imkan
verir.
Zənginləşdirmə səviyyəsi həlledicidir. Aşağı səviyyədə
zənginləşdirilmiş uran (3-5 faiz uran-235) əksər nüvə reaktorlarını
enerji ilə təmin edir. Tədqiqat reaktorlarında isə uran zənginliyi
20 faizə qədər ola bilər.
Lakin nüvə silahı hazırlamaq üçün uran, ən azı, 90 faiz
səviyyəsində zənginləşdirilməlidir və belə uran "silah uranı"
adlanır. Bir ölkə 90 faiz zənginləşdirməyə nə qədər yaxınlaşırsa,
beynəlxalq narahatlıq da bir o qədər artır.
Son illərdə İran uranı 60 faiz səviyyəsində zənginləşdirməyə nail
olub ki, bu da texniki baxımdan silah uranına əhəmiyyətli dərəcədə
yaxınlaşma deməkdir.
Hazırda İran nüvə silahına malik olmayan yeganə ölkədir ki, uranı
60 faiz səviyyəsinə qədər zənginləşdirir. İran 2021-ci ilin
aprelində Natanz nüvə obyektində "təxribat aktı" kimi
qiymətləndirdiyi hadisədən sonra uranın zənginləşdirilmə
səviyyəsini 20 faizdən 60 faizə yüksəldib. Həmin təxribat aktına
görə Tehran İsraili ittiham edib.
İyunun əvvəlində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA)
İdarə Heyəti qətnamə qəbul edərək İranın nüvə öhdəliklərinə əməl
etmədiyini açıqlayıb. Qətnamədə İranın bəyan edilməmiş nüvə
materialları və fəaliyyətləri ilə bağlı AEBA ilə hərtərəfli
əməkdaşlıq etməməsi əsas səbəb kimi göstərilib.
İran isə bu qətnaməni tənqid edərək yeni zənginləşdirmə obyekti
açmaq və zənginləşdirmə imkanlarını genişləndirmək planlarını elan
edib. İran nüvə proqramının yalnız dinc enerji istehsalı və tibbi
tədqiqat məqsədi daşıdığını bildirir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415