NPR xəbər verir ki, ABŞ-də siyasi sığınacaq almış belaruslu
mühacirin oğlu saxlanılıb və immiqrantlar üçün təcridxanaya
göndərilib.
Vadim Bulatı Belarusda rejim əleyhinə etiraz aksiyalarında iştirak
edib və 2022-ci ildə ölkəni tərk edib. O, hazırda Minnesotada
yaşayır. Onun oğlu Aleksandr Bulatı isə ABŞ-yə qanuni əsaslarla
daxil olub. O, Co Bayden administrasiyası dövründə istifadəyə
verilmiş "CBP One" adlı tətbiqdən istifadə edib. Bu tətbiq
sığınacaq almaq istəyən şəxslərə Meksikadan keçid məntəqələrindən
keçmək üçün növbəyə yazılmağa imkan verirdi.
2025-ci ilin mayında onun işi üzrə yerli miqrasiya məhkəməsində ilk
dinləmə keçirilib, lakin ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin
nümayəndəsi işin dayandırılması barədə vəsatət qaldırıb.
Vadim və Aleksandr Bulatılar bu qərarın onların işlərinin
birləşdirilməsi məqsədilə qəbul olunduğunu düşünüblər. Lakin
məhkəmə zalından çıxarkən Aleksandrı ABŞ İmmiqrasiya və Gömrük
Nəzarəti Xidmətinin əməkdaşları saxlayıblar. Onlar onun sürətli
deportasiyaya məruz qalacağını bildirib və onu Friborn dairəsindəki
immiqrasiya təcridxanasına göndəriblər. Vəkil Malinda Şmixen onun
işinə yenidən baxılması qərarına nail olub. Bu, Aleksandrın yaxın
zamanda deportasiya edilməyəcəyi anlamına gəlir, lakin o,
təcridxanada qalacaq.
V.Bulatı bildirib ki, oğluyla mütəmadi olaraq əlaqə saxlayır. Onun
sözlərinə görə, Aleksandr 30 nəfərlə birlikdə həddindən artıq dolu
bir kamerada saxlanılır. Kamerada işıq söndürülmür və burada
saxlanılanlara çölə çıxmağa icazə verilmir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415