Moskva-Batumi reysini yerinə yetirən Superjet-100 tipli təyyarənin
uçuş zamanı anidən sağ mühərrikinin qapağı qopub.
Rusiyanın "112" Telegram kanalı və digər KİV-lərin məlumatına görə,
insident nəticəsində xəsarət alan olmayıb.
Təyyarə Moskvanın Vnukovo hava limanına təcili eniş edib. Hadisəyə
görə hava məkanında “mavi kod” – yəni hava hadisəsi elan olunub,
nəticədə təyyarə fövqəladə enişə məcbur qalıb.
"Aviatorşina" nəşrinin məlumatına görə,
“təyyarə,
yanacağı gözləmə zonasına qədər tükəndikdən sonra, həyəcan
siqnalının verilməsindən bir saat sonra təhlükəsiz şəkildə yerə
endi və müstəqil şəkildə dayanacağa istiqamətləndi. Mühərrikin
qapağının hissələri uçuş-enmə zolağında tapılıb”.
Moskva-Batumi reysi daha sonra başqa təyyarə ilə həyata
keçirilib.
Bundan bir neçə gün əvvəl isə "Azimut" aviaşirkətinin Tbilisiyə
uçuşu təxminən bir sutka gecikmə ilə baş tutub. Uçuş Moskva vaxtı
ilə 11 iyun saat 23:45-də planlaşdırılmışdı, lakin dəfələrlə təxirə
salınıb. Telegram kanalı "Baza"nın məlumatına görə, sonradan
təhlükəsizlik səbəbilə hava limanının fəaliyyəti
məhdudlaşdırılıb.
"Artıq sərnişinlər təyyarədə idi, təyyarə bir neçə dəfə
havaya qalxsa da, hər dəfə yerə enməyə məcbur edilib. Nəticədə
sərnişinlər təyyarəni tərk etməkdən imtina etdilər, lakin onları
təhlükəsizlik xidmətinin əməkdaşları çıxardılar. Bundan sonra
sərnişinlərin bir hissəsi Gürcüstana digər aviaşirkətlərin reysləri
ilə yola düşdü", – deyə Rusiya mediası yazır.
Xatırladaq ki, son aylarda Rusiyadan Gürcüstana uçan bir neçə
aviaşirkətlə bağlı texniki nasazlıqlar və təxirə salınmalarla bağlı
xəbərlər dəfələrlə yayılıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415