Gürcüstanın de-fakto hökuməti demokratiya uğrunda mübarizəyə cəsarət edən hər kəsə hücum edir – “Gürcü Arzusu” hökuməti bütün siyasi məhbusları dərhal azad etməlidir – “Helsinki Komissiyası”
ABŞ-ın Helsinki Komissiyası bəyan edir ki, Gürcüstanın hökuməti demokratiya uğrunda mübarizə aparan hər kəsə hücum edir və bu siyasətin bir nümunəsi olaraq “Birləşmiş İnvestisiya Fondunun” keçmiş rəhbəri Qiorqi Baçiaşvilinin həbsi göstərilir.

“200 gündən artıq davam edən fasiləsiz və dinc etiraz aksiyalarından sonra, Gürcüstanın de-fakto hökuməti demokratiya uğrunda mübarizəyə cəsarət edən hər kəsə hücum edir. Bu, bunun daha bir nümunəsidir”,
– Helsinki Komissiyasının bəyanatında deyilir. Komissiya bu sözlərlə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Cin Şahinin sosial şəbəkədə yayımladığı paylaşımına reaksiya verir.

“Helsinki Komissiyası”nın bəyanatında daha sonra qeyd olunur: “‘Gürcü Arzusu’nun hökuməti bütün siyasi məhbusları dərhal azad etməlidir.”

Xatırladaq ki, ABŞ senatoru Cin Şahin sosial şəbəkə X-də yazıb:

“‘Gürcü Arzusu’nun taktikası getdikcə daha qorxaq xarakter alır. ‘Birləşmiş İnvestisiya Fondunun’ keçmiş rəhbəri Qiorqi Baçiaşvilinin qaçırılması barədə yayılan məlumatlar demokratiyaya növbəti zərbədir.”

Print Email
FaceBook Twitter Google