1 sentyabrdan etibarən Gürcüstanda Milli Təhlükəsizlik Şurası ləğv
ediləcək.
“Gürcü Arzusu” hökuməti bununla bağlı qanunvericilik təşəbbüsü ilə
parlamentə müraciət edib.
Təklif olunan dəyişikliklərə əsasən, Milli Təhlükəsizlik Şurasının
səlahiyyətlərini Gürcüstan hökuməti həyata keçirəcək.
Parlament bu dəyişiklikləri qəbul edəcəyi təqdirdə, müvafiq
düzəlişlər “Milli təhlükəsizlik siyasətinin planlaşdırılması və
koordinasiyası qaydaları haqqında” qanuna daxil ediləcək.
Qanun layihəsinə əsasən, Milli Təhlükəsizlik Şurasının aparatının
ləğvi üçün ləğvetmə komissiyası yaradılacaq. Komissiyanın tərkibi,
fəaliyyət qaydası və səlahiyyətlərini Gürcüstan hökuməti müəyyən
edəcək.
Hökumətin bəyanatında qeyd olunur ki, Milli Təhlükəsizlik Şurasının
aparatının aktivləri, o cümlədən Milli Situasiya Otağının
fəaliyyətinə cavabdehlik, ləğvetmə komissiyası tərəfindən müvafiq
qurumlara ötürüləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415