İrakli Kobaxidze bəyan edib ki, 2025-ci il bələdiyyə seçkiləri
üçün ATƏT-in Demokratik
Təsisatlar və İnsan Hüquqları Bürosunun (ODİHR) müşahidə
missiyasının dəvət olunması zəruri deyil.
“Bilirsiniz ki, belə bir təcrübə var — bələdiyyə
seçkilərinə ODİHR müşahidə missiyası dəvət olunurdu. Bəzən
istisnalar olurdu, məsələn, 2021-ci ildə də belə bir istisna oldu,
çünki həmin seçkilər bir şəkildə Parlament seçkiləri ilə bağlı
idi” – deyə Kobaxidze bildirib.
Jurnalistin “Yəni missiya dəvət etməyi planlaşdırmırsınız?” sualına
cavab olaraq, o bildirib: “Narahat olmayın”.
Onun sözlərinə görə, bu halda ODİHR-in müşahidə missiyasının dəvəti
artıq olardı və bələdiyyə seçkiləri tamamilə şəffaf şəkildə
keçiriləcək.
Kobaxidzenin bu bəyanatından əvvəl, 18 iyun tarixində Böyük
Britaniyanın Gürcüstandakı səfirliyi Gürcüstan hökumətinə çağırış
edərək, oktyabrda keçiriləcək seçkilər üçün ODİHR-in müşahidə
missiyasını rəsmi şəkildə dəvət etməyə və təşkilatın tövsiyələrini
nəzərə almağa səsləyib.
“Biz Gürcüstan hökumətini ATƏT/ODİHR missiyasını oktyabrda
keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün dəvət etməyə
və ODİHR-in 2024-cü il Parlament seçkiləri ilə bağlı yekun
hesabatında təqdim etdiyi tövsiyələri nəzərə almağa çağırırıq”,
– deyə səfirliyin bəyanatında qeyd olunub.
Böyük Britaniya səfirliyi, həmçinin vurğulayıb ki, illər ərzində
Birləşmiş Krallıq Gürcüstanda vətəndaş cəmiyyətinə dəstək göstərib
və bu fəaliyyətləri Gürcüstan hökumətinin özü də dəstəkləyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415