Yeni təyin olunmuş daxili işlər naziri Kvemo Kartliyə səfər edib

Bu gün, iyunun 18-də, Gürcüstanın daxili işlər naziri Kvemo Kartli bölgəsində işgüzar görüşlər keçirib.


Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb və bildirib ki, Qeka Qeladze Kvemo Kartliyə birinci müavini Roland Mesk və müavini Qiorqi Butxuzi ilə birlikdə səfər edib.

Nazir Kvemo Kartli Polis İdarəsi və Patrul Polisi Departamentinin rəhbərləri və əməkdaşları ilə görüş keçirib. Qeka Qeladze polis bölmələrinin nümayəndələrindən bölgədə cinayətkarlıqla mübarizə, həmçinin profilaktik polis tədbirləri, yol hərəkəti sahəsindəki vəziyyət barədə ətraflı məlumat əldə edib.”

Yayılan məlumata görə, daxili işlər naziri qurumun Kvemo Kartli bölgəsində yerləşən digər struktur bölmələrinə də baş çəkib – Qeka Qeladze mühafizə polisi, Fövqəladə Halların İdarə Olunması Xidməti, İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzi – 112-nin iş sahələri, texnika, avadanlıqları ilə tanış olub.
Nazir əməkdaşlardan mülki təhlükəsizlik sahəsində mövcud vəziyyətlə bağlı da məlumat alıb.

 

Print Email
Tags: Qeka Qeladze
FaceBook Twitter Google