Mzia Amağlobeli stiker yapışdırdığına görə 1000 lari cərimələnib
Batumi Şəhər Məhkəməsi vətəndaş, mülki fəal Mzia Amağlobelini inzibati xəta törətməkdə təqsirli bilib və onu 1000 lari məbləğində cərimələyib. Məhkəmə işinə əsasən, Amağlobeli Daxili İşlər Nazirliyinin binası yaxınlığında yerləşən tikilinin üzərinə “İflic edilmiş Gürcüstan” yazılmış stiker yapışdırıb.

Hakim Marianna Fomaeva qərarı İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinin birinci bəndinə əsasən çıxarıb. Həmin maddə icazəsiz yerlərdə stiker, elan və ya plakatların yapışdırılmasını qadağan edir. Məhkəmə iclasında Mzia Amağlobeli iştirak etməyib.

Bundan əvvəl, 11 yanvar tarixində keçirilən etiraz aksiyası zamanı Amağlobeli polisə qarşı hörmətsizlikdə ittiham olunmuş və 173-cü maddəyə əsasən 2000 lari məbləğində cərimələnmişdi.

Mzia Amağlobeli hesab edir ki, stiker yapışdırmaq cinayət deyil və bu səbəbdən ikinci dəfə cəzalandırılması ədalətsizlikdir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google