“Gürcü Arzusu ölkəni təkpartiyalı totalitarizmə yaxınlaşdırır” – Senator Rişi
Amerika Birləşmiş Ştatları Senatının Xarici Əlaqələr Komitəsinin sədri Cim Rişi hesab edir ki, “Gürcü Arzusu” hökuməti getdikcə daha çox Çin və Rusiyanın avtoritar idarəçilik tərzini təqlid edir.

Tanınmış Respublikaçı senator iyunun 19-da gecə sosial şəbəkə X-də rəsmi səhifəsində yazıb ki, “Gürcü Arzusu” hökumətinin sərt qanunlar qəbul etməsi və siyasi rəqiblərə qarşı məhkəmə sistemindən alət kimi istifadə etməsi tamamilə qəbuledilməzdir.

Senator Rişinin sözlərinə görə, hökumət böyük səhvə yol verir, ölkəni xalqın istədiyi gələcəkdən uzaqlaşdıraraq təkpartiyalı totalitar dövlətə yaxınlaşdırır.

Cim Rişi əlavə edib ki, ABŞ və Gürcüstan arasında münasibətlər ortaq dəyərlər və maraqlara əsaslanır, lakin hazırkı hökumət bu əlaqələri bir neçə dəfə rədd edib və narahatedici şəkildə Çinə və Rusiyaya tərəf dönüb, hansılar ki, avtoritar idarəetmə tərzlərini daha çox təqlid edir.

“Gürcü Arzusu” hakimiyyəti qeyri-hökumət təşkilatları və medianın fəaliyyətini məhdudlaşdıran qanunlar qəbul edib və onların tətbiqinə başlayıb.

Son vaxtlar bir neçə müxalif siyasətçi barədə yeni cinayət işləri başlanıb, bunlar isə müxalifətin qeyri-legitim saydığı parlament tərəfindən “Milli Hərəkətin” hökumət fəaliyyəti ilə bağlı yaradılan istintaq komissiyası ilə əməkdaşlıqdan imtina etdiklərinə görədir.

Məhkəmə qərarı ilə İrakli Okruaşvili, Zurab Caparidze, Nika Melia və Nika Qvaramiya həbs olunublar. Müxalifətin bəzi nümayəndələri həbsdən girov ödəməklə yayına biliblər.
  • 2024-cü ilin noyabrında ABŞ Gürcüstanla uzunmüddətli strateji tərəfdaşlığı dayandırıb;
  • Bundan əvvəl “agent qanunu” və “Gürcü Arzusu” təmsilçilərinin anti-Qərb, saxta ittihamlara əsaslanan ritorikası səbəbindən ABŞ Gürcüstan hökumətini dəfələrlə Avropa və Avroatlantik inteqrasiya yoluna qayıtmağa çağırıb;
  • Strateji tərəfdaşlığın dayandırılması barədə qərar Dövlət Departamenti tərəfindən 2024-cü il 30 noyabrda elan edilib, bunun bir neçə gün əvvəl “Gürcü Arzusu” hökuməti 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük üçün danışıqların başlanmasını gündəmə gətirməmək qərarına gəldikdən sonra ölkədə başlayan etiraz aksiyalarının iştirakçılarına qarşı zor tətbiq olunub.
  • ABŞ administrasiyası “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə və bir sıra yüksək vəzifəli məmurlara sanksiyalar tətbiq edib;
  • “Hökumət “Gürcü Arzusu” prezident Baydenin administrasiyasının siyasətini keçmiş prezident Trampın dəyişdirəcəyinə və münasibətlərin “təmiz vərəq”dən başlayacağına ümid edirdi;
  • 6 mayda ABŞ Konqresinin Nümayəndələr Palatası iki partiyalı dəstək ilə “Dost Aktı”nı (MEGOBARI Act) qəbul etdi, hansı ki, “Gürcü Arzusu” tərəfindən “düşmənçilik aktı” kimi qiymətləndirildi;
  • 13 mayda “Gürcü Arzusu” hökumətinin rəhbəri İrakli Kobaxidze ABŞ prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vensə açıq məktub ünvanladı;
  • 21 mayda Kobaxidze dedi ki, “məktuba cavab verməyiblər, amma susqunluq da çox önəmli cavabdır”.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google