“Sakstat”ın (Gürcüstanın Milli Statistika İdarəsi) məlumatına
görə, 2025-ci il yanvarın 1-nə olan vəziyyətə əsasən, Gürcüstanın
əhalisi 3 704 500 nəfər təşkil edir.
Onlardan 1 780 600 nəfəri kişi, 1 923 900 nəfəri isə qadındır.
Bu statistika göstərir ki, kişilərin 11%-nin adı Qiorqi, qadınların
isə 6%-nin adı Ninodur.
Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin məlumatına görə, ölkədə
193 284 nəfərin adı Qiorqidir və bu, kişilər arasında ən çox
yayılmış addır. Qadınlar arasında isə ən geniş yayılmış ad Ninodur
– bu adı 115 644 nəfər daşıyır.
Gürcüstanda 11% Qiorqi, 6% isə Nino adını daşıyır – Ən çox yayılmış
20 ad:
Kişilər arasında ikinci ən çox yayılmış ad Davitdir – kişilərin
4%-i bu adı daşıyır. Qadınlar arasında isə ikinci yerdə Mariam
durur – o da qadınların 4%-nə aiddir.
Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin statistikasına əsasən,
Gürcüstanda kişilər və qadınlar arasında ən çox yayılmış adlar
aşağıdakılardır:
Qadın adları:
- Nino – 115 644
- Mariam – 71 801
- Ana – 49 761
- Mariami – 48 399
- Tamar – 48 008
- Maia – 46 920
- Nana – 42 158
- Elene – 39 557
- Natia – 38 388
- Manana – 32 705
- Ketevan – 32 264
- Tamari – 28 703
- Salome – 26 725
- Marine – 26 601
- Khatuna – 25 415
- Ekaterine – 24 027
- Marina – 23 784
- Lia – 23 737
- Natela – 23 694
- Barbare – 23 482
Kişi adları:
- Qiorqi – 193 284
- Davit – 68 181
- Aleksandre – 46 509
- Luka – 45 498
- Nikoloz – 39 985
- Irakli – 36 051
- Saba – 29 627
- Zurab – 29 099
- Levan – 27 464
- Daviti – 26 053
- Laşa – 25 524
- Nika – 22 934
- Andria – 22 050
- Qoça – 21 494
- Mamuka – 21 325
- Zaza – 20 615
- Ilia – 18 924
- Nikolozi – 18 787
- Mixeil – 18 302
- Qela – 17 197