Nika Melia hakimin üzərinə su atmaqda ittiham olunub

Gürcüstan Prokurorluğu Nika Melianı hakimin üzərinə su atmaqda ittiham edib.



Meliaya qarşı Cinayət Məcəlləsinin 366-cı maddəsinin 2-ci hissəsi ilə (məhkəməyə hörmətsizlik, hakimə hörmətsiz davranışla) ittiham irəli sürülüb, bu maddə 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

“Keçirilmiş istintaq zamanı müəyyən edilib ki, cari ilin 30 mayında, Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında, təqsirləndirilən Nikanor Melia məhkəməyə hörmətsizlik göstərib və bu, iş üzrə hakimin təhqir olunması ilə özünü göstərib. Konkret olaraq, Nikanor Melia hakim İrakli Şvanqiradzenin üzərinə su töküb, iclas zalından qovulduqdan sonra isə ona qarşı şifahi təhqirlər edib”, - Prokurorluğun açıqlamasında deyilir.

Prokurorluq məhkəmədən təqsirləndirilənə qarşı həbs qətimkan tədbiri seçilməsini tələb edir.




Mənbə: Netgazeti

 

Print Email
Tags: Nika Melia
FaceBook Twitter Google