Qanunsuz odlu silah və döyüş sursatı müsadirə edilib – DİN 7 nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, son günlərdə Tbilisi, Şida Kartli, Sameqrelo-Zemo Svaneti və İmereti polis idarələrinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qanunsuz odlu silah və döyüş sursatı aşkarlanaraq götürülüb. Əməliyyat zamanı 7 nəfər saxlanılıb.

“Müxtəlif tipli odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanması və daşınması faktları üzrə aşağıdakı şəxslər saxlanılıb: 1963-cü il təvəllüdlü Z.Z., 1973-cü il təvəllüdlü Z.Ç., 1982-ci il təvəllüdlü R.K., 1988-ci il təvəllüdlü R.Ş., 1967-ci il təvəllüdlü M.T. və əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü F.B. və 1972-ci il təvəllüdlü N.Ç.

Polis əməkdaşları tərəfindən saxlanılan şəxslərin üzərində, avtomobillərində və yaşayış yerlərində aparılan axtarışlar zamanı müxtəlif növ odlu silah, döyüş sursatı – tapançalar, revolverlər, ov tüfəngi, daraqlar, güllələr, eləcə də narkotik vasitələr maddi sübut kimi götürülüb,” – deyə nazirliyin yaydığı məlumatda bildirilir.


Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 2-ci, 3-cü və 4-cü, 260-cı maddəsinin 3-cü və 265-ci maddəsinin 2-ci hissələri üzrə aparılır.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google