Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisi Polis İdarəsinin
Didube-Çuğureti, İsani-Samqori, Vake-Saburtalo
və Abxaziya Muxtar Respublikası Baş İdarələrinin əməkdaşları
tərəfindən müxtəlif vaxtlarda həyata keçirilmiş əməliyyat-axtarış
və istintaq tədbirləri nəticəsində narkotik cinayəti ilə əlaqədar 5
nəfər saxlanılıb.
Cinayət 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını
nəzərdə tutur.
“Xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz
əldə edilməsi-saxlanması, satışa hazırlıq və satış cəhdində,
marixuananın əldə edilməsi, saxlanması, satışa hazırlıq və satış
cəhdində, eləcə də narkotik maddə tərkibli bitkilərin qanunsuz
becərilməsi faktı üzrə saxlanılanlar bunlardır: 2007-ci il
təvəllüdlü G.D., 1995-ci il təvəllüdlü Ukrayna vətəndaşı M.P.,
Rusiya Federasiyası vətəndaşları – 1989-cu il təvəllüdlü S.D. və
1995-ci il təvəllüdlü A.S., və əvvəllər məhkum olunmuş, hazırda isə
şərti cəza altında olan 1996-cı il təvəllüdlü M.X.
Hakimin qərarına əsasən, polis nəzarət altında narkotik alışı
həyata keçirib və bu alışları gizli şəkildə audio və videoya
çəkib.
Təqsirləndirilən şəxslərin üzərində və yaşayış yerlərində aparılmış
axtarışlar, həmçinin istintaq təcrübələri nəticəsində onların
göstərdiyi ünvanlardan maddi sübut kimi satış məqsədi ilə
yerləşdirilmiş narkotik maddələr – metadon, heroin, kanabi bitkisi
və marixuana götürülüb.
İstintaq tədbirləri zamanı, həmçinin narkotik vasitələrin
qablaşdırılması üçün lazım olan materiallar – elektron tərəzilər,
yapışqan lentlər və polietilen torbalar da aşkarlanaraq
götürülüb,” – deyə DİN-in yaydığı məlumatda qeyd
olunur.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 265, 18-260, 19-260 və
273 maddələri ilə aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415