Qiorqi Qaxariyanın rəhbərlik etdiyi “Gürcüstan üçün” partiyası
bildirir ki, Tsulukianın komissiyası keçmiş baş nazirin uzaqdan
– onlayn ifadə verməsi barədə müraciəti rədd edib.
Eyni zamanda, bu gün komissiyada Gürcüstanın BMT-dəki səfiri David
Bakradze onlayn şəkildə dindirilib. Qeyd edək ki, komissiya daha
əvvəl də məhbuslar da daxil olmaqla, bir neçə şəxsi onlayn
qoşularaq ifadə verməyə dəvət etmişdi.
Partiyanın məlumatına görə, Qiorqi Qaxariyanın hazırda ölkədən
kənarda – əvvəlcədən planlaşdırılmış səfərdə olduğunu nəzərə
alaraq, o, iclasa onlayn rejimdə qatılmağa hazır olduğunu yazılı
şəkildə komissiyaya iki dəfə bildirib. Həm də partiya xatırladır
ki, aprel ayında – birinci çağırış zamanı – uzaqdan ifadə vermək
təklifi məhz komissiyanın öz tərəfindən səsləndirilmişdi. Buna
baxmayaraq, 22 iyun tarixində komissiyadan rəsmi bildiriş gəlib ki,
Qaxariyanın onlayn ifadəsi qəbul olunmur və onun iyunun 23-də –
bazar ertəsi günü saat 12:00-da Tbilisidə şəxsən iştirakı tələb
olunur. Partiyanın fikrincə, bu tələb heç bir obyektiv səbəblə
əsaslandırılmır, əgər komissiyanın həqiqətən Çorçana məsələsi ilə
marağı varsa, uzaqdan ifadəyə mane olmamalıdır.
Qaxariyanın komandası bildirir ki, eks-baş nazir hələ də
komissiyaya uzaqdan danışmağa hazırdır və bu, Gürcüstana qayıdana
qədər keçərli olacaq.
“Gürcüstan üçün” partiyasının “Netgazetə”yə təqdim etdiyi rəsmi
məktubda, komissiyanın sədri Tea Tsulukiani Qiorqi Qaxariyaya
yazır:
“Bildiririk ki, komissiya sizin 2025-ci il iyunun
23-də, saat 12:00-da Tbilisidə fiziki olaraq komissiyaya
gəlməyinizi tələb edir. Bu barədə sizə şəxsən 2025-ci il iyunun
16-da məlumat verilmişdir.”
Komissiyanın üzvü Tengiz Şarmanaşvilinin sözlərinə görə, Qaxariya
hər nə qədər təqsirləndirilən şəxs olmasa da, onun xüsusi statusu
var və bu status onun mütləq şəkildə fiziki şəkildə ifadə verməsini
tələb edir:
“Onlayn ifadə verənlər ya hadisənin şahidi olub, ya da
zərərçəkmiş şəxs. Qaxariya isə Çorçana ilə bağlı hadisələrə görə
məsuliyyət daşıyır, ona görə də o, başqa statusdadır. Onun
təqsirləndirilən olub-olmadığını prokurorluq müəyyənləşdirəcək,
amma o nə şahiddir, nə də zərərçəkən. Bu səbəbdən, ona əvvəlcədən
komissiyaya gələcəyi bildirildiyindən, gəlməli idi. Komissiya hansı
qərarı verəcək – bunu birlikdə görəcəyik,” – deyə
Şarmanaşvili bildirib.
Qiorqi Qaxariya artıq ikinci dəfə komissiyaya çağırılıb.
Qeyd edək ki, Çorçana sərhəd-keçid məntəqəsi ilə bağlı komissiya
Qaxariyaya ilk dəfə 14 aprel tarixində suallar ünvanlamışdı.
Komissiyanın sədri Tea Tsulukiani bildirir ki, Qaxariya daxili
işlər naziri olduğu dövrdə, hökumətin və təhlükəsizlik xidmətinin
razılığı olmadan Çorçanada nəzarət-buraxılış məntəqəsi açıb, bu isə
bölgədə vəziyyətin gərginləşməsinə səbəb olub.
- Sonradan məlum olub ki, Çorçana ilə bağlı məsələ üzrə Gürcüstan
Prokurorluğunda araşdırma aparılır. İstintaq bu maddələr üzrə
gedir:
- Diversiya;
- Ağırlaşdırıcı hallarda diversiya cəhdi;
- Xarici təşkilatlara və ya onların nəzarətində olan qurumlara
düşmənçilik fəaliyyətində yardım;
- Gürcüstanın konstitusiya quruluşuna və milli təhlükəsizliyinə
qarşı fəaliyyətə maliyyə dəstəyi göstərmək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415