Marneuli meri son 4 ildə heç bir daşınan və ya daşınmaz əmlak almayıb – Bəyannamə
Əmlak bəyannaməsinə əsasən, Marneuli meri Kənan Ömərov 2021-ci ildən bu yana heç bir daşınan və ya daşınmaz əmlak əldə etməyib. Marneuli meri 31 mart 2025-ci il tarixində yeni əmlak bəyannaməsi doldurub.

Ömərovun doldurduğu əmlak bəyannaməsinə əsasən, merin Sabirkənddə 2016-cı ildə hədiyyə olaraq aldığı 100 993 kv.m. torpaq sahəsi var.

Marneuli merinin həyat yoldaşı Samirə Balakişiyeva 2019-cu ildə Tbilisidə 50 000 dollara 80,7 kvadratmetrlik mənzil alıb. Balakişiyeva həm də Marneulidə Rustaveli küçəsindəki 196 kvadrat metrlik ticarət sahəsinin ortaq sahibidir. Kənan Ömərovun əmlak bəyannaməsinə görə, Balakişiyevaya bu yer 2017-ci ildə hədiyyə edilib. Bəyannamədə hədiyyə verənin kimliyi göstərilməyib.

Marneuli merinin əmlak bəyannaməsində yalnız əməkhaqqı qrafasında dəyişiklik edilib. Bəyannaməyə görə, Ömərov 2024-cü ildə Marneuli meri olduğu müddətdə əməkhaqqı olaraq 64 159 lari 20 tetri alıb.

Kənan Ömərovun əmlak bəyannaməsinə əsasən, onun həyat yoldaşı Samirə Balakişiyeva 3 işdə çalışır. O, 2024-cü ildə “Geo Hospitals” MMC-də həkim olaraq 12 693 lari 55 tetri alıb. Balakişiyeva eyni tibb müəssisəsində yenə həkim kimi 6186 lari 68 tetri maaş alıb. Samirə Balakişiyeva həmçinin, Sabirkənd 1 saylı ictimai məktəbində mütəxəssis işləyir və 2024-cü ildə 6946 lari 56 tetri maaş alıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google