Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen iyulun 10-da
Avropa Parlamentində ona qarşı keçirilən etimadsızlıq
səsverməsindən keçə bilib.
Avropa Parlamentinin radikal sağçı üzvləri tərəfindən irəli
sürülmüş təklif üzrə keçirilən səsvermədə deputatların əksəriyyəti
Komissiya prezidentini dəstəkləyib. Əgər o, bu səsverməni
uduzsaydı, Fon der Lyayen və onun rəhbərlik etdiyi Komissiya istefa
verməli olacaqdı ki, bu da Avropa İttifaqında
xaosa səbəb ola
bilərdi.
"Politico" nəşri xəbər verir ki, təklifin əleyhinə 360, lehinə isə
175 deputat səs verib, 18 nəfər bitərəf qalıb. 720 deputatdan 553-ü
səsvermədə iştirak edib. Təklifin qəbul olunması üçün azı 357
deputat onun lehinə səs verməli idi.
Gözlənildiyi kimi, xanım Fon der Lyayen mübarizəyə davam edəcək,
lakin onun problemləri hələ bitməyib. 2014-cü ildən bəri ilk dəfə
keçirilən etimadsızlıq səsverməsi Avropa Komissiyasının
prezidentinə qarşı artan siyasi narazılığı üzə çıxarır. O,
Avropanın böyük bir hissəsi kimi, sağa meyl etməkdə ittiham olunur
ki bu da onu müttəfiq iki əsas partiya ilə ziddiyyətə salır.
Sosialistlər və liberallarla Avropa Komissiyasının prezidenti
arasında fikir ayrılıqları var.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415