6 min 200-dən artıq istifadəçinin hakerlərin qurbanına çevrildiyi
müəyyən olunub.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidmətinin (XRİTDX) iyulun 14-də yaydığı məlumatda bildirilir.
Xidmət vurğulayıb ki, dövlət qurumlarını təhlükələrdən qorumaq
məqsədilə informasiya təhlükəsizliyi üzrə audit və monitorinqləri
davam etdirirlər.
"Cari ilin birinci yarım ili ərzində
47 dövlət qurumunun 95 əməkdaşı kibergigiyena qaydalarına riayət
etmədiyinə görə haker hücumlarının qurbanına
çevrilib", - XRİTDX-n məlumatında əlavə edilib.
Bildirilir ki, hakerlərin hədəfinə çevrilmiş dövlət qulluqçularının
16 faizi admin səlahiyyətli əməkdaşlar olublar:
"Bu da
ciddi narahatlıq doğurmaqla yanaşı, həmin dövlət qurumlarında
daxili informasiya təhlükəsizliyinə nəzarətin kifayət qədər
olmadığını və bu sahədə zəruri addımların atılmadığını
göstərir".
Vurğulandığına görə, internetdən istifadə edərkən informasiya
təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən
vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər:
"2025-ci ilin birinci yarımilində hakerlərin qurbanına
çevrilmiş dövlət xidməti istifadəçiləri olan vətəndaşların sayı 6
min 164 olub".
Xidmət haker qurbanlarına çevrilən dövlət xidməti istifadəçilərinin
təmsil olunduğu qurumların siyahısını da dərc edib. Bu, siyahıda
ilk yerdə Dövlət İmtahan Mərkəzi (2 min 406 vətəndaş) gəlir.
Sonrakı yerlərdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Dövlət
Vergi Xidməti və Daxili İşlər Nazirliyi gəlir. Bütünlükdə siyahıda
20-dən çox qurumun adı çəkilir.
Rəsmi açıqlamaya sözügedən qurumlardan münasibət almaq mümkün
olmayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415