“Qaxaria – Gürcüstan Naminə” partiyası ilə “Lelo” əməkdaşlıq memorandumu imzalayıblar

Bu gün, 14 iyul tarixində, “Qaxaria – Gürcüstan Naminə” partiyası ilə “Lelo – Güclü Gürcüstan” koalisiyası 2025-ci il 4 oktyabrda

keçiriləcək yerli özünüidarə seçkiləri ilə bağlı qarşılıqlı əməkdaşlıq memorandumu imzalayıblar.

İrakli Kupradze bildirib ki, “bu əməkdaşlıq məhz vətəndaşların əsas tələbinə cavab verir”.

Onların məlumatına görə, tərəflər mer vəzifəsinə qeyri-partiyalı, neytral namizədlər, həmçinin majoritar deputatlığa və ya
ümumi partiya namizədləri üzrə razılaşmağa çalışacaqlar.

4 oktyabrda keçiriləcək yerli seçkilərdə “Lelo – Güclü Gürcüstan” koalisiyası və “Qaxaria – Gürcüstan Naminə” partiyası iştirak edəcək.

“Lelo”nun baş katibi İrakli Kupradze qeyd edib ki, bu seçkiləri sırf yerli seçkilər kimi tanıtmaq bir növ “cinayətdir”. Onun sözlərinə görə, “4 oktyabr de-fakto hakimiyyətə qarşı de-fakto seçki mübarizəsidir”.

Qiorqi Qaxaria isə qeyd edib ki, yerli seçkilərdə iştirak Qərbin təzyiqlərinin azalması anlamına gəlmir və bu risklər yalnız nəzəri səviyyədədir. Onun fikrincə, “normallaşma” üçün hər hansı bir ilkin şərt yaranmayacaq.


Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google