“Mən İrakli Dğebuadzeyə ilk dəfə baxanda o, üzümə
tüpürdü.
İdarənin binasına daxil olanda məni ilk otağa atdılar. Necə izah
edim – otağın qapısı elə mənim itələnməyimlə açıldı. Dar bir otaq
idi.
Bir qədər sonra içəriyə bir gənc qışqıra-qışqıra, söyüş söyə-söyə
daxil oldu. Bağırırdı – necə vura bilərsən deyirdi.
İkinci dəfə otağa girəndə, daha “yaradıcı”
söyüşlər deyirdi –
xüsusilə qadın olduğum üçün özümü alçaldılmış hiss edəcək
şəkildə.
Hər dəfə içəriyə hücum çəkəndə Dqebuadzeyə başqa polis əməkdaşları
da qoşulurdu və onu dayandırmağa çalışırdılar ki, mənə zərbə
vurmasın.
Bir dəfə, o, mənə yaxınlaşdı, başımı qaldırıb üzünə baxdım və həmin
an o, üzümə tüpürdü.”
Mzia Amağlobeli bildirib ki, vəkilin sualına cavab olaraq,
saxlanıldıqdan sonra Batumi polis rəisi İrakli Dgebuadze ona hansı
ifadələrlə təhqir etdiyini açıq şəkildə təkrarlamaq istəmir:
“Bu barədə danışmaq istəmirəm. Yeganə onu deyə bilərəm ki,
prokurorlara demək istəyirəm – qoy təsəvvür etsinlər ki, onların
ailəsindəki qadınlar hansı hallarda belə təhqirlərə məruz qala
bilərdi. Hakimə isə yazılı şəkildə çatdıra bilərəm Dgebuadzenin
mənə dediyi bütün ifadələri. Həmin sözləri xatırlamaq belə mənim
üçün çox ağırdır.”