Latviyanın xarici işlər naziri Baiba Braje sosial şəbəkə X-də
(keçmiş Twitter) yazıb ki, Gürcüstanın daha 55 vətəndaşının
Latviyaya daxil olması qadağan edilib.
“Mən qərar qəbul etdim ki, Gürcüstanın daha 55
vətəndaşı Latviyanın arzuolunmaz şəxslər siyahısına daxil edilsin.
Bu qərar immiqrasiya haqqında qanunun 61-ci maddəsinin ikinci
hissəsinə əsasən qəbul olunub.
Bu şəxslərin Latviyaya daxil olması müddətsiz olaraq qadağan
edildi,” – deyə nazir bildirib.
Xatırladaq ki, bundan əvvəl – 2023-cü il 20 dekabrda – Latviya
“Gürcü Arzusu” partiyasının 13 nümayəndəsinə viza məhdudiyyəti
tətbiq etmişdi. Daha əvvəldə isə Baltikyanı ölkələr “Gürcü
Arzusu”nun nümayəndələrinə birgə sanksiyalar qoymuşdular.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415