ABŞ və Almaniya Ukraynaya 'Patriot'lar verməyi müzakirə edir
ABŞ müdafiə naziri Pit Heqset və Almaniyanın müdafiə naziri Boris Pistorius arasında iyulun 14-də Vaşinqtonda keçirilən görüşdə digər məsələlərlə yanaşı, ABŞ silahlarının Almaniya vasitəsilə Ukraynaya mümkün tədarükü də müzakirə olunub. Bu müzakirələr elə həmin gün ABŞ prezidenti Trampın Avropa müttəfiqlərinə Ukraynaya göndərmək üçün iri həcmdə silah satmağa hazır olduğunu bəyan etməsi fonunda baş verib.

Pistorius təsdiqləyib
ki, "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükü də müzakirə olunub. Almaniyanın müdafiə nazirinin sözlərinə görə, Vaşinqton və Berlin bu məsələ ilə bağlı qərarı artıq "bir neçə gün və ya həftə ərzində" qəbul edə bilərlər. Almaniyalı nazir vurğulayıb ki, detalların razılaşdırılması üçün danışıqlar davam etdiriləcək. Pistorius həmçinin əlavə edib ki, o və amerikalı həmkarı Heqset silahların miqdarı barədə məlumat verməmək barədə razılaşıblar.

"Bloomberg"in məlumatına görə, söhbət hər birində 4-dən 8-ə qədər buraxılış qurğusu olan iki "Patriot" kompleksindən gedə bilər. Media bu sistemlərin alışı ilə bağlı danışıqların iyulun əvvəlində aparıldığını yazmışdı.

Pistoriusun sözlərinə görə, ilk "Patriot" dəsti bir neçə ay ərzində Ukraynaya göndərilə bilər.

ABŞ prezidenti bir gün əvvəl bildirib ki, Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükündə digər ölkələr də iştirak edə bilər. Ukrayna prezidenti Volodimir Zelenski bir gün əvvəl onlardan ikisinin - Almaniya və Norveçin adını çəkib.

Daha əvvəl Almaniya artıq üç "Patriot" qurğusunu Ukraynaya göndərib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google