Miqrasiya Departamenti 9 xarici ölkə vətəndaşını saxlayıb
Miqrasiya Departamenti tərəfindən həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində 9 xarici ölkə vətəndaşı saxlanılıb.

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin məlumatına görə, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən xüsusi immiqrasiya nəzarəti tədbiri zamanı 9 xarici ölkə vətəndaşı saxlanılıb.

DİN-in açıqlamasına əsasən, tədbir konkret məkanların yoxlanılmasını əhatə edib və məqsəd Gürcüstanda qanuni əsaslar olmadan yaşayan xarici ölkə vətəndaşlarının
aşkarlanması olub.

Miqrasiya Departamentinin yaydığı məlumata görə, saxlanılan şəxslər arasında Nigeriya, Banqladeş, Türkmənistan, Qazaxıstan və Hindistan vətəndaşları var. Müəyyən edilib ki, onlar ölkədə “Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanununda nəzərdə tutulan tələbləri pozaraq qalıblar.

DİN-in məlumatına görə, hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti təcridxanasına yerləşdiriliblər və onların ölkədən deportasiyası məqsədilə müvafiq proseduralar həyata keçirilir.

Miqrasiya Departamentinin məlumatına görə, bu cür xüsusi immiqrasiya nəzarət tədbirləri mütəmadi olaraq həyata keçiriləcək ki, “Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanununun səmərəli icrası təmin edilsin.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
Tags: შსს
FaceBook Twitter Google