Daxili İşlər Nazirliyinin məlumatına görə, narkotik vasitələrin
qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstana qanunsuz yolla
gətirilməsi faktı üzrə əvvəllər
məhkum olunmuş şəxslər — 1972-ci il təvəllüdlü L.A. və 1972-ci il
təvəllüdlü G.Ç. saxlanılıb.
Cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını
nəzərdə tutur.
“İttiham olunan şəxslər Avropa ölkələrindən birindən
Gürcüstana Tbilisi hava limanı vasitəsilə daxil olublar.
Hüquq-mühafizə orqanları Tbilisi beynəlxalq hava limanında L.A.-nın
əl çantasından narkotik vasitə aşkarlayıblar. G.Ç.-dən isə
bədənində gizlədərək ölkəyə gətirdiyi 336 ədəd “Subotex” narkotik
həbi götürülüb.
Polis hər iki şəxsi təqsirləndirilən şəxs qismində
saxlayıb”, – deyə bəyanatda bildirilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri
üzrə aparılır.
Bu gün
Mzia Amağlobeliyə qarşı keçirilən məhkəmə
prosesinin sonuncu iclasıdır.
Bu, təkcə bir insanın işi deyil – bu proses bizdən soruşur:
Bu ölkədə insan ləyaqətinin qorunması imkanı qalıbmı?
Bu gün söz azadlığı varmı, yoxsa məhkəmə sistemin xidmətçisinə
çevrilib?
Mzia Amağlobeli elə bir sərhəddir ki, bizə
cəmiyyətə informasiya çatdırmağa imkan verir – elə bir dövrdə ki,
bu, getdikcə daha da çətinləşir.
Mzia informasiya almaq hüququ, seçim azadlığı deməkdir.
Məlumatlı insan azad seçim deməkdir.
Azad seçim isə insanın ləyaqətlə yaşamaq hüququnun əsas
şərtidir.
Mzia Amağlobeliyə həmrəylik və azadlıq!
Mətbuata azadlıq– xalqın tərəfində olan və korrupsiyalaşmış sistemə
qarşı çıxan mətbuata.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415