İstintaq: Kənd İnkişafı Agentliyinin fəaliyyət göstərən departament rəhbərlərindən biri saxlanılıb

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, 2025-ci il avqustun 1-də Kənd İnkişafı Agentliyinin Layihələrin İdarəolunması və Texniki Dəstək


Departamentinin hazırkı rəhbəri Tornike Kapanadze təqsirləndirilən şəxs qismində saxlanılıb.

“İttiham olunan şəxs şəxsi maddi mənfəət əldə etmək məqsədilə təşkil olunmuş dəstənin cinayətkar fəaliyyətində fəal iştirak etmiş və Agentliyin sabiq əməkdaşı L.D. və digər qrup üzvləri ilə birlikdə qanunsuz
yolla ələ keçirilmiş vəsaitlərin öz aralarında bölüşdürülməsində iştirak edib,” –
deyə açıqlamada bildirilir.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, istintaq çərçivəsində, 2025-ci il iyulun 18-də “Kənd təsərrüfatı texnikasının birgə maliyyələşdirilməsi üzrə dövlət proqramı” çərçivəsində ayrılmış qrantların ümumilikdə 826 815 lari məbləğində dələduzluq yolu ilə mənimsənilməsi faktı ilə bağlı 11 nəfər saxlanılıb. Onlardan biri – sözügedən sxemin təşkilatçılarından biri, Kənd İnkişafı Agentliyinin keçmiş əməkdaşı L.D.-dir.

"İstintaqla müəyyən edilib ki, 2021–2024-cü illər ərzində təqsirləndirilən şəxslər müxtəlif benefisiarların adından Kənd İnkişafı Agentliyinə dəfələrlə müraciət edib, saxta fakturalar, mal qəbzləri, texnikanın qəbul-təhvil aktları və auditor rəyləri təqdim ediblər.

Təqdim olunan saxta sənədlər əsasında, agentlik tərəfindən onlara kənd təsərrüfatı texnikası almaq üçün ayrılmış birgə maliyyələşdirmə vəsaiti – ümumilikdə 826 815 lari məbləğində, öz bank hesablarına köçürülüb.

Dövlətə vurulmuş ziyanın ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərin və onlarla əlaqəli olanların adına qeydə alınmış əmlak və bank hesabları üzərinə həbs qoyulub,”
– deyə İstintaq Xidmətinin bəyanatında qeyd olunur.

Qurumun məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 210-cu, 180-ci və 362-ci maddələri üzrə aparılır. Bu maddələr 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

 

Mənbə: Tabula

Bu gün Mzia Amağlobeliyə qarşı keçirilən məhkəmə prosesinin sonuncu iclasıdır.
Bu, təkcə bir insanın işi deyil – bu proses bizdən soruşur:
Bu ölkədə insan ləyaqətinin qorunması imkanı qalıbmı?
Bu gün söz azadlığı varmı, yoxsa məhkəmə sistemin xidmətçisinə çevrilib?

Mzia Amağlobeli elə bir sərhəddir ki, bizə cəmiyyətə informasiya çatdırmağa imkan verir – elə bir dövrdə ki, bu, getdikcə daha da çətinləşir.
Mzia informasiya almaq hüququ, seçim azadlığı deməkdir.
Məlumatlı insan azad seçim deməkdir.
Azad seçim isə insanın ləyaqətlə yaşamaq hüququnun əsas şərtidir.

Mzia Amağlobeliyə həmrəylik və azadlıq!
Mətbuata azadlıq– xalqın tərəfində olan və korrupsiyalaşmış sistemə qarşı çıxan mətbuata.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


 

Print Email
FaceBook Twitter Google