"Lelo – Güclü Gürcüstan" partiyasının baş katibi İrakli
Kupradzenin verdiyi məlumata görə, partiyanın bank hesabları
dondurulub.
"Antikorrupsiya Agentliyi ilə yanaşı, artıq bizə Gürcüstanın
Ədliyyə Nazirliyi və İcra üzrə Milli Bürosu da hücum edir. Bu gün
İcra üzrə Milli Bürodan məktub aldıq. Orada bildirilir ki, 'Lelo –
Güclü Gürcüstan' koalisiyasının rəsmi bank hesabı dondurulub. Bu,
bizim Gürcüstan vətəndaşları ilə birlikdə apardığımız mübarizəyə və
İvanişvilinin zorakı, Rusiya yönümlü rejiminə qarşı göstərdiyimiz
müqavimətə mane olmaq üçün atılan daha bir aciz cəhddir. Hesabların
dondurulmasından və ya koalisiya liderimizə və onun ailəsinə qarşı
təbliğat aparılmasından asılı olmayaraq, biz bunları ciddi qəbul
etmirik. Çünki bu, 'Gürcü Arzusu' partiyasının çarəsizliyinin
göstəricisidir. Onlar zəifliklərindən qorxurlar və bilirlər ki, biz
onları bu mübarizədə məğlub edə bilərik. Ona görə də belə gülünc
mexanizmlər uydururlar", – deyə Kupradze
bildirib.
Bundan əvvəl Vergilər Xidməti və Antikorrupsiya Bürosu bəyan
etmişdi ki, Mamuka Xazaradzeyə məxsus ailə mülkiyyətində olan
daşınmaz əmlakın Almaniyanın səfiri Peter Fisherə icarəyə verilməsi
ilə bağlı “mümkün vergi qanun pozuntusu”, Xazaradzenin bəyanatı və
partiyanın ianələri araşdırılır.
Nə baş verir?
Son bir neçə gündə hökumətyönlü mediada Almaniyanın səfiri Peter
Fisherin Mamuka Xazaradzeyə məxsus (əslində onun həyat yoldaşına)
olan mənzildə yaşadığı və tərəflər arasında icarə müqaviləsinin
tapılmadığı barədə məlumat yayılırdı. Bu təbliğat xarakterli
xəbərlərlə bağlı "Gürcü Arzusu" partiyasının nümayəndələri
bildirirdilər ki, bütün qaydalar və normalar pozulub.
"Əgər səfir icarə müqaviləsi bağlamırsa və xüsusilə də
ev sahibi siyasi partiya lideridirsə, səfir də onun mövqeyini
dəstəkləyirsə, bu hal siyasi korrupsiya hesab oluna
bilər", – deyə "Gürcü Arzusu" partiyasının üzvü Gia
Volski bildirib.
Vergilər Xidməti də açıqlama yayaraq bildirib ki, "məsələnin
təhlili zamanı" mümkün vergi qanun pozuntusu müəyyən edilib.
"Yüksək ictimai marağı nəzərə alaraq, bildiririk ki,
Mamuka Xazaradzeyə və onun ailəsinə məxsus daşınmaz əmlakın
Almaniyanın Gürcüstandakı səfiri Ernst Peter Fisherə icarəyə
verilməsi zamanı vergi öhdəliyindən yayınma halları ola bilər.
İctimaiyyətə yayılan məlumatların araşdırılması nəticəsində bu
məsələdə mümkün vergi pozuntusu müəyyən edilmişdir. Buna görə də
Vergilər Xidməti artıq faktların araşdırılmasına başlayıb və
məsələnin tam öyrənilməsi üçün qanunla nəzərdə tutulmuş vergi
nəzarəti tədbirləri həyata keçirilir", – deyə
açıqlamada bildirilir.
Mamuka Xazaradzenin bəyanatına görə, həyat yoldaşının adına olan
daşınmaz əmlakın Almaniya səfiri ilə icarə müqaviləsi qanunun bütün
tələblərinə uyğun şəkildə tərtib olunub və qeydiyyatdan keçib.
Lakin onların özünün də qeyd etdiyi kimi, “ötən həftə büdcəyə vergi
ilə bağlı məsələ aşkar olunub ki, bu da mənbədə vergiyə cəlb olunma
və olunmama məsələsindəki anlaşılmazlıqdan qaynaqlanıb”.
"Bizim müraciətimiz əsasında Vergilər Xidmətində
müvafiq qeydiyyat aparılıb və büdcəyə ödəniş tam şəkildə həyata
keçirilib. Beləliklə də məsələ tam bağlanıb", – deyə
Xazaradze bildirib.
Antikorrupsiya Bürosu həmçinin Xazaradzenin bəyanatını və partiyaya
edilən ianələri də araşdırdıqlarını bəyan edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415