Çindən Avropaya Orta Dəhliz vasitəsilə 20 000-ci yük qatarı yola düşüb
Çindən Avropaya Orta Dəhliz marşrutu ilə 20 000-ci yük qatarı yola salınıb. Bu barədə məlumatı Report.az yayıb.

Yubiley qatarı Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Bölgəsinin Erenhot Dəmiryolu Stansiyasından çıxıb. Qatar müxtəlif yüklərlə dolu 55 konteyner vaqondan ibarətdir.

Çindən Orta Dəhliz vasitəsilə yük daşımaları 2013-cü ildə başlayıb. 2022-ci ildə isə bu marşrutla 10 000-ci yük
qatarı keçib. Beləliklə, son 3 ildə bu göstərici ikiqat artıb ki, bu da marşrutun artan populyarlığını göstərir. Üç il ərzində bu göstərici 20 000-ə çatıb.

Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz Çindən başlayaraq Qazaxıstan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya qədər uzanan strateji ticarət və nəqliyyat xəttidir. Bu marşrut Asiyanın şərq regionlarını, o cümlədən Çini, dəniz yollarından yan keçərək quru ilə Avropaya birləşdirir. Beləliklə, daşımaların müddətini və məsafəsini əhəmiyyətli dərəcədə azaldır. Daşımalar multimodal nəqliyyat sxemi – “dəmir yolu – dəniz – dəmir yolu” ilə həyata keçirilir.

Məsələn, təkcə 1–10 iyul tarixlərində Orta Dəhliz marşrutu ilə Çindən ardıcıl iki yük qatarı göndərilib.

Qazaxıstan Dəmir Yollarının məlumatına əsasən, bu il ərzində Çindən Orta Dəhliz üzrə ümumilikdə 600 konteyner qatarının yola salınması planlaşdırılır.

Orta Dəhliz təkcə region ölkələrinin iqtisadi əlaqələrini genişləndirmir, həm də qlobal ticarət logistikasında mühüm alternativ dəhliz kimi mövqeyini gücləndirir.

Qeyd edək ki, 2024-cü ildə Çində, Sian şəhərində Qazaxıstan-Çin terminallarının istifadəyə verilməsi ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə konteyner tranziti əhəmiyyətli dərəcədə artıb. Məlumata görə, 2023-cü ildə bu marşrutla cəmi 358 konteyner qatarı göndərilmişdi, bu isə ötən ilin göstəricisindən 33 dəfə çoxdur.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google