Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, İrakli
Quruaşvili Fransada Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri və
UNESCO-da Gürcüstanın daimi nümayəndəsi təyin olunub.
"İrakli Quruaşvilinin diplomatik karyerası 30 ilə
yaxındır. O, illər ərzində Xarici İşlər Nazirliyinin mərkəzi
aparatında və diplomatik nümayəndəliklərdə müxtəlif vəzifələrdə
çalışıb.
İrakli Quruaşvili 2023–2025-ci illərdə Latviyada Gürcüstanın
fövqəladə və səlahiyyətli səfiri olub, 2017–2022-ci illərdə
Argentinada, 2012–2017-ci illərdə isə İsveçrədə bu vəzifəni icra
edib.
2022–2023-cü illərdə Gürcüstan Xarici İşlər Nazirliyinin
Avrointeqrasiya üzrə Baş Direktorluğuna rəhbərlik edib.
İrakli Quruaşviliyə fövqəladə və səlahiyyətli səfir diplomatik
rütbəsi verilib", – deyə Nazirliyin məlumatında
bildirilir.
Qeyd edək ki, Qoça Cavaxişvili Gürcüstanın Fransadakı səfiri
vəzifəsindən 9 may tarixində ayrılıb.
Mənbə: Tabula
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415